1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:15.10.2019 11:49:17

Yeni tədris ilində Bakıdakı 10 məktəbin direktoru ilə (93, 25, 29, 70, 107, 221, 260, 301, 194 və 116) əmək müqaviləsinə xitam verilib.

Yeni tədris ilində Bakıdakı 10 məktəbin direktoru ilə (93, 25, 29, 70, 107, 221, 260, 301, 194 və 116) əmək müqaviləsinə xitam verilib.

"Report"un xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, 2019-2020-ci tədris ili ərəfəsində Təhsil Nazirliyi tərəfindən vəzifədə olmanın son yaş hədinə çatmış 27 direktorla (1, 10, 14, 20, 27, 52, 96, 122, 130, 135, 157, 160, 203, 204, 217, 223, 229, 239, 256, 264, 267, 269, 271, 278, 322, 103 və 268) müqavilənin müddəti cari tədris ilinin sonunadək uzadılıb.

BŞTİ müdiri qeyd edib ki, Təhsil Nazirliyindən daxil olmuş müvafiq əmrlərə əsasən, 2018-2019-cu tədris ilində və yeni dərs ili ərəfəsində 29 məktəbə (97, 38, 175, 212, 144, 248, 28, 150, 169, 184, 219, 220, 235, 250, 306, 293, 327, 301, 75, 90, 107, 128, 307, 162, 29, 260, 221, 26, 123) direktor vəzifəsinə yeni təyinat olub.

O əlavə edib ki, həmin müddətdə 13 məktəb direktorunun iş yeri dəyişdirilib: "111 nəfər məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. 4 direktorla (192, 71, 162, 123) bağlanmış əmək müqaviləsi (öz ərizəsi əsasında, işdə yol verdiyi nöqsanlarlara əlaqədar və s.) ləğv edilib".

R.Tağıyev vurğulayıb ki, idarənin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfərlə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.


Bakıda 10 məktəb direktoru işdən çıxarılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Süleymanini öldürməklə təkfirçilərə ən yaxşı hədiyyəni etdi
    Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani səsləndirib.
     04.07.2020
    “Avropa Gürcüstanı” lideri: Aclıq başlamadan Türkiyə ilə sərhədi açın
    "Avropa Gürcüstanı”nın liderlərindən biri Gigi Uqulava Türkiyə ilə sərhədlərin açılmasına və insanlara işləmək imkanının verilməsinə dair çağırış edib.
     04.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ