EURO 1,9479 NEFT 79,59
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.01.2018 17:26:23

Bakıda sərnişin avtobusu betonqarışdıran maşınla toqquşub.

İslamazeri.com Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Ramanada yerləşən Şuşa şəhərciyindən “Səkkizinci kilometr” bazarı istiqamətinə gedən 214 saylı sərnişin avtobusu metronun “Qara Qarayev” stansiyasının yaxınlığında qəzaya uğrayıb.

Sərnişinlərin sözlərinə görə, avtobusun sürücüsü dönmə əməliyyatı etmək istəyən betonqarışdıran maşına yol verməyib. Nəticədə betonqarışdıran maşın avtobusa çırpılıb.

Hadisə nəticəsində avtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb. Sərnişinlərdən biri nisbətən ağır yaralanıb. Məlumata görə, avtobusun sınmış şüşələri 14 yaşlı sərnişinin boğaz və əlini kəsib.

Hadisə yerinə təcili yardım gəlib.


Bakıda betonqarışdıran maşın avtobusa çırpıldı - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərbəin zəvvarları üçün İran və İraqda Azərbaycan şəhidlərinin adına xeymələr quruldu - FOTO
    İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, Facebook istifadəçiləri İran və İraqda Azərbaycan şəhidlərinin adına İran və İraqda xeymələrin qurulmasıyla bağlı məlumatlar dərc edirlər. Qeyd edilir ki, bu xeymələrdə zəvvarlar üçün müxtəlif xidmətlər göstərilir...
     21.10.2018
    İranın millət vəkili Tehranda Səməd Vurğunun şeirini dedi - VİDEO
    İran kuboku çərçivəsində keçirilən “Urmiya 90” və “Perspolis” görüşü zamanı çəkilən görüntülər maraqla qarşılanıb.
     21.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ