1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:02.05.2019 11:23:23

Mütəmadi olaraq anası tərəfindən döyülən uşaq evdən qaçb.

Mütəmadi olaraq anası tərəfindən döyülən uşaq evdən qaçb.

Ötən gün axşam paytaxtdakı sığınacaqlardan birinə 40-cı polis bölməsinin əməkdaşları 9 yaşlı oğlanı gətirib. İlkin araşdırmalar zamanı məlum olub ki, azyaşlı mütəmadi olaraq anası tərəfindən döyülüb.

Azyaşlının bədəninin müxtəlif nahiyyələrində zorakılığın izləri açıq-aşkar görünür. Ötən gün o, dostları ilə oynadığı üçün evə bir qədər gec gəlib. Anası da buna əsəbiləşərək uşağı bərk döyüb. O da canını qurtarmaq üçün Gəncəyə qaçmaq istəyib və avtovağzalda saxlanılıb.

Uşağın anası sığınacağa zəng vurub və övladının orada saxlanılmasına etiraz edib.

Psixoloq vasitəsilə uşaq reabilitasiyaya cəlb olunacaq. Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat veriləcək. Yalnız bundan sonra uşağın valideyninə verilməsi və ya onunla bağlı hansı tədbirin görülməsi barədə qərar veriləcək. ("Xəzər Xəbər")


Bakıda dəhşət - Döyülən azyaşlı evdən qaçdı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Huawei” süni intellekt texnologiyaların istifadə olunduğu prosessoru təqdim edib
    “Huawei” şirkəti süni intellekt texnologiyalarının istifadə olunduğu yeni “Ascend 910” prosessorunu və yeni “MindSpore” proqram təminatını təqdim edib.
     23.08.2019
    Yeni
    "Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ