EURO 1,8427 TRY 0,2563
USD 1,7 RUB 0,022
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:05.03.2020 10:29:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti açıqlama yayıb

"Bu gün səhər saatlarından başlayaraq Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Görünüş 700, bəzi yerlərdə 200 metrədək məhdudlaşıb. Nisbi rütubət də 91 faiz civə sütunu olub".

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, duman az qradiyentli atmosfer təzyiqi sahəsində zəif cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin sahilyanı ərazilərə yayılması fonunda yaranıb. Bu meteoroloji hadisə hazırda nəinki Abşeron yarımadası, həm də Xəzərin şimal akvatoriyasını əhatə edir. Duman adətən səhər və gecə saatlarında su hövzələrinin üzərində və çökəkliklərdə yaranır. Bu meteoroloji hadisə nisbətən isti səthə enən soyuq hava kütlələri ilə əlaqədardır.

Qeyd edək ki, dünən havanın temperaturu iqlim normasını 5 dərəcəyədək aşaraq 17 dərəcə olub. Gecə saatlarında yer səthi tədricən soyuduğuna görə havanın aşağı qatlarının da soyumasına səbəb olub. Nəticədə nisbətən isti və soyuq hava kütlələrinin qarşılaşması dumanın yaranması üçün əlverişli şərait yaradır. Adətən dumanın yaranması inversiya ilə izah olunur.


Bakıda duman olmasının səbəbləri açıqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrail Ordusunda koronavirus: 3 hərbçi yoluxdu, 100 hərbçi karantinə alındı
    İsrail Ordusu virusun daha böyük əhatəyə sahib olacağından narahatdır
     04.04.2020
    Rusiya bütün uçuşları dayandırmaq istəyir
    Hökumət xaricdə ilişib qalan vətəndaşlarının müvəqqəti qalma haqqını ödəmək üçün Xarici İşlər Nazirliyinə 500 milyon rubl ($6.5 milyon dollar) ayırdığını bildirib.
     04.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ