1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:20.11.2019 09:51:36

Bakıda içərisində iki sakinin olduğu və 7-ci mərtəbədən enən lift sıradan çıxaraq sürətlə birinci mərtəbəyə düşüb.

Bakıda içərisində iki sakinin olduğu və 7-ci mərtəbədən enən lift sıradan çıxaraq sürətlə birinci mərtəbəyə düşüb.

İslamazeri.com Xezerxeber.az-a istinadla xəbər verir ki, hadisə ötən gün paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında baş verib.

Həmin binada yaşayan Mürsəl Balaxanov deyib ki, ötən gün 7-ci mərtəbədən düşmək istəyən zaman qəfil lift sürətlə birinci mərətəbəyə düşüb. O və oğlu xəsarət almasa da bir saatdan çox liftdə qalıblar. Onlar liftdə qalmaqlarının videosunu mobil telfonla da çəkiblər.

Həmin binada yaşayan sakinlər isə deyiblər ki, lift istismar müddətini başa vurduğundan tez-tez sıradan çıxır. Bu isə xüsusilə də yuxarı mərtəbələrdə yaşayan sakinlər üçün problem yaradır.

Sakinlər tezliklə lift probleminin həll edilməsini istəyirlər. Problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən ''Xəzər Xəbər''ə bildirilib ki, ölkəyə gətirilən yeni 542 lift paytaxt ərazisində yerləşən 160 binada quraşdırılır.

Köhnə, istismar müddətini başa vurmuş liftlər yeniləri ilə əvəz olunur. Hadisə baş verən ünvanda yerləşən yaşayış binasına isə yeni liftlərin quraşdırılması gələn ilə nəzərdə tutulub. Hazırda isə qəzalı vəziyyətdə olan lift təmir edilərək sakinlərin istifadəsinə veriləcək.


Bakıda lift 7-ci mərtəbədən sürətlə birinci mərtəbəyə düşdü - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019
    Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi
    Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ