Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:8.08.2022 12:25:23

Müsahibədə ümumilikdə 22 nəfər iştirak edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatıb.

İdarədən "İslamazeri.com"a verilən məlumat görə, işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 6 namizəd, həmçinin ötən il direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış 16 nəfər müsahibəyə dəvət olunub.

Müsahibədə ümumilikdə 22 nəfər iştirak edib.

Müsahibə nəticələri barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndəriləcək.

Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifə üzrə təyinat alacaq.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınıb. Namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilib.


Bakıda məktəb direktoru olmaq istəyən 22 nəfər müsahibədə iştirak edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənilərin Kəlbəcərdə basdırdığı növbəti 259 mina zərərsizləşdirilib
    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
     28.09.2022
    İstehlaka yararsız müxtəlif növ süd məhsulları məhv edilib
    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.
     28.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ