EURO 1,934 NEFT 63,63
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:08.10.2018 23:59:42

Bakı Şəhər İcra Hakimiyyəti Dağ Yəhudilərinin sinaqoqunun yaxınlığında aparılan söküntü işləri ilə bağlı açıqlama yayıb.

Bakı Şəhər İcra Hakimiyyəti Dağ Yəhudilərinin sinaqoqunun yaxınlığında aparılan söküntü işləri ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, meriya tərəfindən Rəsul Rza küçəsində, Dağ Yəhudilərinin sinaqoqunun yaxınlığında bir neçə köhnə, qəzalı tikililərin söküntüsü aparılır. Bu sinaqoq Dağ Yəhudiləri icması üzvlərinin xahişləri nəzərə alınaraq inşa olunmuş, ölkəmizdəki və xaricdəki Yəhudi icmalarının böyük minnətdarlığı ilə qarşılanıb.

Hazırda sinaqoqun yaxınlığındakı Rəsul Rza küçəsi 40 ünvanında mövcud 3 mənzilin söküntüsü həyata keçirilir. Onlardan biri qəzalı vəziyyətdə olan 2 otaqlı mənzil uzun illər xaricdə yaşayan vətəndaşa və həmin mənzilin 1 otağı isə bu sinaqoqun ravvini Moşe Kuşona məxsusdur. Mənzil mülkiyyətçiləri ilə danışıqlar aparılıb, onlara mövcud qanunvericiliyə uyğun olaraq, mülkiyyət sənədləri təqdim olunduqdan sonra alqı-satqı müqaviləsinə uyğun, Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş miqdarda kompensasiya vəsaitinin onlar üçün açılacaq hesaba keçiriləcəyi barədə izahatlar verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Dağ Yəhudiləri icması rəhbərliyi və üzvlərinin xahişləri əsas götürülərək sökülən tikililərin hesabına məbədin ümumi memarlıq ansanblının sahəsinin genişləndirilməsi və burada digər dini ayinlərin yerinə yetirilməsi üçün istifadə olunacaq köməkçi məbəd tikilməsi nəzərdə tutulub.


Bakıda sinaqoqu genişləndirmək üçün ətrafındakı mənzillər sökülür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tanınmış azərbaycanlı aktyor məktəb direktorunu döyüb? - VİDEO
    Məlumata görə, hadisə Nizami Rayon Məhkəməsi qarşısında baş verib.
     21.11.2018
    Bakıda maraqlı hadisə: Kafe sahibi görün nə etdi - VİDEO
    Bakıda fəaliyyət göstərən kafelərdən birinin sahibi müştərilərə verdiyi15 qəlyanı etiraz məqsədilə sındırıb.
     21.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ