EURO 1,9292 NEFT 57,09
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:06.12.2018 23:37:31

Azərbaycan Ziyalılar Birliyinin ofisində siyasi məhbuslarla bağlı tədbir keçirilib

Azərbaycan Ziyalılar Birliyinin ofisində “Siyasi məhbuslara azadlıq!” İttifaqının təşəbbüsü ilə inanclı, siyasi və digər səbəblərdən dolayı həbs edilən  məhbuslarının hüquqlarının qorunmasına dair tədbir keçirib. 

 İslamazeri.com "Faktxeber.com" saytına istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev xatırlatdı ki, hüquqları tapdanılan vətəndaşlar arasında inanclı məhbuslar üstünlük təşkil edir: “Dindar insanı güclü edən onun imanı, İmam Hüseyn əleyhissalama olan sevgisidir. Zülm edənlər üçün bundan qorxulu heç nə yoxdur. Biz məhkəmələrdə şəxsən iştirak etmişik, insanların üzərinə qoyulan uydurma maddələrdən xəbərdarıq. Çalışırıq ki, bütün dünya ölkələri baş vermis hadisələrdən xəbərdar olsunlar”. 

Eldəniz Quliyev yenilənmiş siyasi məhbus siyahısı haqda məlumat verilməsi üçün sözü Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənova verdi. 

Natiq ölkədə insan haqlarının vəziyyətindən, məhkəmə hakimiyyətinin işlək olmamasından, konstitusiyaya qarşı edilən hörmətsizlikdən söz açdı. Hüquq müdafiəçisi dəyirmi masa iştirakçılarının nəzərinə çatdırdı ki, ölkədə 150 nəfər siyasi səbəblərlə həbs edilən vətəndaş var: “Təəssüf ki, ölkəmiz bu rəqəmlə digər dövlətləri geridə qoyur. Hesab edirik ki, bu yolverilməzdir”. 

Daha sonra söz “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədova verildi. Hilal Məmmədov Azərbaycanda yalnız siyasi müstəvidə deyil, digər sahələrdə də insan haqlarının pozulmasından söz açdı: 

“İctimai sahədə, təhsil sistemində baş verən neqativ hallar, kommunal xidmət sahələrində vətəndaşların aldadılması, məhkəmələrin sifarişli qərarları günümüzün acı reallığıdır. Biz, məcbur olub məhkəmənin qərarı ilə həbs edilən fəal insanları müxtəlif məhbus kateqoriyalarına bölmüşük. Bilirsiniz ki, qarşıda beynəlxalq insan haqları günü gəlir, arzumuzdur ki, ölkəmizdə siyasi, ictimai, fərdi mövqeyinə görə həbs edilən olmasın. “Siyasi məhbus” terminini dilimizə gətirməyək”. 

Söz olan digər tədbir iştirakçısı, Azərbaycan İslam Partiyası Qadınlar Şurasının sədri Növrəstə İbrahimova müqəddəs Qurani Kərim kitabından misal çəkərək insanların etdiyi hər bir əmələ görə cavab verməli olacağını xatırlatdı. 

Növrəstə İbrahimova vəzifə icra edən şəxslərin fəaliyyətinə toxunaraq onların xalq, ölkə, qanun qarşısında  məsuliyyət daşımalı olduğunu bildirdi. 

Xanım natiq bir azərbaycanlı qadını kimi dünyada milli, irqi, dini statusunda asılı olmayaraq bütün günahsız insanların  haqlarını müdafiə etməyə hazır olduqlarını açıqladı. 

Çıxışının sonunda Növrəstə İbrahimova tədbirin keçirildiyi otaqda şəkilləri asılan inanclı məhbuslara işarə edərək onları Qarabağ torpaqlarını azad etməyə ən hazır vətəndaş hesab etdiyini bildirdi. 

Tədbir digər partiya nümayəndələrinin, məhbus ailələrinin çıxışları ilə davam etdirildi.


Bakıda siyasi məhbuslarla bağlı tədbir keçirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Livandakı suriyalı qaçqınların sayı açıqlandı
    Bu haqda Livanın Rusiyadakı səfiri danışıb.
     18.12.2018
    Milli Məclisin sədri parlamentdə Nərmindən danışdı
    Spiker Oqtay Əsədov deyib ki, Mübariz İbrahimovla bağlı deyilən məsələ ətrafında müzakirələri izləyib.
     18.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ