EURO 1,8841 TRY 0,2955
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:13.11.2019 13:02:40

Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.

Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsi və 21-ci Polis Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan paytaxt sakini Vüsal Vəlizadə saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman əlindəki qutudan 2,631 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə olan kokain, 0,176 qram metamfetamin, həmçinin psixotrop maddələr olan 55 ədəd ekstazi və 102 ədəd preqabalin həbləri aşkar edilərək götürülüb. 

Araşdırmalarla müəyyən edilib ki, Vüsal Vəlizadə narkotik vasitələri və psixotrop maddələri hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti məlum olmayan şəxsdən onlayn yolla sifariş edərək alıb. V.Vəlizadə narkotik vasitələri əvvəlcədən razılaşdırılan yerdən götürəndən sonra polis tərəfindən tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onlayn yolla sosial şəbəkələrdə narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutuldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda avtobus sürücüsü sərnişinin burnunu sındırdı
    Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus sürücüsünün sərnişin döyməsi ilə bağlı araşdırma aparır
     05.12.2019
    Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
    Üç saat yarımdan çox davam edən görüşdə tərəflər geniş müzakirələr aparıb.
     05.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ