Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:2.07.2022 11:34:32

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib.

Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi 12 ünvanında 1880-ci ildə inşa edilmiş və tarixi memarlıq abidəsi olan binanın dam örtüyündə həmin binanın sahibkarı tərəfindən mansard inşa olunduğu müəyyən edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, BŞİH-nin strukturları tərəfindən dərhal müvafiq tədbirlər görülüb.

Tarixi binanın üzərində hər hansı tikinti işlərinin aparılmasının yolverilməz olduğu sahibkarın diqqətinə çatdırılıb. BŞİH-nin Kommunal Təsərrüfat Birliyinin nümayəndələri qanunsuz mansardın sökülməsini təmin ediblər və hazırda sahibkar tərəfindən həmin qanunsuz tikili sökülür. Ərazi nəzarətə götürülüb.

Sahibkara ciddi xəbərdarlıq edilib. Bir daha həmin sahibkarın diqqətinə çatdırılıb ki, tarixi binada hər hansı tikinti işlərinin aparılması yolverilməzdir.


Bakıda tarixi binada qanunsuz inşa edilən mansard sökülür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlcəzairin xarici işlər naziri sabah Azərbaycana gəlir
    Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
     9.08.2022
    Bu ölkələrdən quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb
    Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
     9.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ