EURO 1,8823 TRY 0,2978
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:14.10.2019 18:56:11

Sabah Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşü çərçivəsində bu gün Azərbaycan paytaxtında türkdilli ölkələrin biznes forumu işə başlayıb.

Sabah Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşü çərçivəsində bu gün Azərbaycan paytaxtında türkdilli ölkələrin biznes forumu işə başlayıb.

“Report” xəbər verir ki, tədbir çərçivəsində bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Belə ki, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Qazaxıstanın baş nazirinin müavini Berdibek Saparbayev, Qırğızıstanın iqtisadiyyat naziri Sancar Mukanbetov və Türkiyənin ticarət naziri Ruhsar Pekcan “Müxtəlif iqtisadi zonalar arasında məlumat və təcrübə mübadiləsi” mövzusunda Anlaşma Memorandumuna imza atacaqlar. Bundan başqa, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Macarıstanın Ticarət və Sənaye Palatası, Qazaxıstan Sahibkarlarının Milli Palatası, Qırğızıstanın Ticarət və Sənaye Palatası ilə əməkdaşlığa dair memorandum, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) isə Macarıstanın İxracın Təşviqi Agentliyi ilə Anlaşma Memorandumu imzalayacaq.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın TDƏŞ ölkələri ilə ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrünə nisbətən 32% çox olub. 


Bakıda türkdilli ölkələrin biznes forumu keçirilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranda iğtişaşçılara etiraz,  Ayətullah Xameneiyə dəstək mitinqi - VİDEO, FOTO
    İranda benzin bahalaşmasından istifadə edən iğtişaşçılara etiraz əlaməti olaraq Təbrizdə və bir çox şəhərdə mitinqlər keçirilib
     20.11.2019
    Trampın impiçment araşdırması davam edir
    ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçment araşdırması ilə bağlı ictimaiyyət üçün açıq dinləmələri davam etdirir.
     20.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ