1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:06.06.2019 16:02:10

Fətullah Gülənin təriqətinin Azərbaycandakı strukturunda yer alan və MİT-in keçirdiyi əməliyyatla yaxalanıb Türkiyəyə aparılan Mehmet Gelen barəsində 15 il həbs cəzası tələb edilir.

Fətullah Gülənin təriqətinin Azərbaycandakı strukturunda yer alan və MİT-in keçirdiyi əməliyyatla yaxalanıb Türkiyəyə aparılan Mehmet Gelen barəsində 15 il həbs cəzası tələb edilir. Mehmet Gelen fətullahçıların Azərbaycandakı məktəblərindən birində müəllim olub.

Gelen istintaqla əməkdaşlığa razılıq verib, amma FETÖ barədə “kifayət qədər məlumat verə bilmədiyi” üçün ona güzəşt edilməyib.

Ankara Cümhuriyyət prokuroru Adem Akıncının hazırladığı ittiham aktına əsasən 2018-ci ilin dekabrında Bakıda tutulub aparılan Mehmet Gelen  silahlı terror təşkilatına üzv olmaqda ittiham edilib və 15 il həbsi tələb olunub. 

İttiham aktına əsasən Gelen FETÖ-nun Azərbaycandakı strukturlarında yer alıb, bu təriqət üzvlərinin istifadə etdiyi “ByLook” messencerindən istifadə edib, təşkilatla bağlı universitetdə təhsil alıb, himmət adı altında təşkilata maddi yardımlar göstərib. 2014-cü ilin fevral-aprel ayları ərzində Fətullah Gülənin çağırışı ilə təşkilata bağlı “Bank Asya”dakı hesabına yatırım edərək terror təşkilatına maddi dəstək vermiş olub.

İttihamda deyilir ki, Gelen saxta İsrail pasportu ilə Almaniyaya qaçmaq istərkən Belarusda yaxalanıb və oradan Azərbaycana geri qaytarılıb. O, istintaqla əməkdaşlığa gedərək “etirafçı” olmaq istəyib, amma 7 il xaricdə fəaliyyət göstərən və FETÖ ilə bağlı qurumlarda çalışan şübhəli bu təriqətə mənsub sadəcə 18 nəfəri təsbit edib. Onların 12-si artıq FETÖ işi üzrə tutulmuşdu.  Nəticədə Gelenin peşimanlıq qanunundan faydalanmasına icazə verilməyib.

Mehmet Gelen isə ifadəsində yaxalanarkən üzərində olan saxta İsrail pasportunu Alim D. Adlı şəxsin vasitəsilə ilə tanımadığı şəxsən 5 min dollara aldığını deyib. Bildirib ki, 2012-2013-cü illərdə telefonuna “ByLook” və “defne” adlı mobil proqramları yükləyib, onlardan  qısa müddət istifadə edib. “Bank Asya”dakı hesabını isə Gülənin çağırışı ilə deyil, dövlətin maliyyə siyasətinə uyğun artırdığını deyib.

Mehmet Gelen barəsində FETÖ üzvlüyü ittihamı irəli sürülən Tekin T.-nin arvadının qardaşı olduğunu deyib. Bildirib ki, həmin şəxslı arvadı arasında pul alış-verişindən xəbərsiz olub. Arvadının isə qardaşına pul göndərərkən “fleytanın do nöqtəsi” sözlərini nədən yazdığını bilməyib. “Arvadım o vaxtlar fleyta çalırdı, ola bilsin qardaşı ilə aralarında zarafat ediblər”-o deyib.(virtualaz)


Bakıda tutulub aparılan FETÖ-çuya 15 il həbs

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 38 yaşlı kişini küçədə bıçaqladılar
    Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
     19.08.2019
    Daha bir rayona yeni polis rəisi təyin edilib
    Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ