Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:25.11.2018 23:31:33

İslam Peyğəmbərinin və İmam Sadiqin Mövlud mərasimi keçirilib.

İslamazeri.com xəbər verir ki, "Kral" şirkətinin və İçərişəhər “Cümə” məscidinin birgə təşkilatçılığı ilə Mövlud günü - Məhəmməd peyğəmbərin (s) doğum günü münasibətilə bayram tədbiri keçirilib.

Tədbir Qurandan ayələrin oxunması və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi hacı Surxay Məmmədli, Kral şirkətinin prezidenti Yavuz Həsənov, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı və başqaları çıxış edərək bildiriblər ki, Mövlud bayramı insanları əməli salehliyə, xoşxasiyyətliliyə və gözəl əxlaqa çağırır.

Sonda tədbir iştirakçılarına müqəddəs Quran kitabı hədiyyə edilib, 2 nəfərin Kral şirkəti tərəfindən Məşəd ziyarətinə göndəriləcəyi elan edilib və Əhli-beyt qrupunun səsləndirmələri dinlənilib


Bakıda Vəhdət həftəsi: İslam Peyğəmbərinin və İmam Sadiqin Mövlud mərasimi keçirilib - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sənan Əhmədova şəhid ailəsi statusu verilməməsi ilə bağlı məsələ Milli Məclisdə qaldırılıb
    "Necə yəni bir qardaşı olana şəhid ailəsi statusu verilmir? Ailəli birinə necə bir otaq verilə bilər?", - deputat Aqil Abbas bildirib.
     30.09.2022
    Bir qrup prokurorluq əməkdaşına ali xüsusi rütbələr verilib - SƏRƏNCAM
    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
     30.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ