1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:07.11.2019 23:37:12

Washington Post Trampın müşavirlərinə və məsələ ilə yaxından tanış olan insanlara istinadən bildirib ki, Tramp son həftələrdə Barrın mətbuat konfransı keçirməsini istədiyini deyib.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çərşənbə günü baş prokuror Vilyam Barrı mətbuat konfransı keçirərək, onu Trampın iyul ayında Ukrayna prezidenti ilə telefon danışığı zamanı qanunsuz heç nə etmədiyini deməyə çağırdığını inkar edib.

The Washington Post qəzeti Trampın Barra bununla bağlı Ağ Ev Trampın Zelenski ilə telefon danışığının transkriptini yaydığı zaman tələb irəli sürdüyünə, Barrın isə bu tələbi rədd etdiyinə dair xəbər verib. Həmin telefon danışığında Tramp Volodimir Zelenskini Demokrat namizəd Co Baydenlə bağlı təhqiqat aparmağa çağırıb.

Ədliyyə Nazirliyi bəyanat yayaraq, həmin telefon danışığında heç bir kampaniya maliyyə qanununun pozulmadığına və bununla bağlı əlavə tədbirlərin görülməsinin zəruri olmadığına dair bəyanat yayıb.

Washington Post Trampın müşavirlərinə və məsələ ilə yaxından tanış olan insanlara istinadən bildirib ki, Tramp son həftələrdə Barrın mətbuat konfransı keçirməsini istədiyini deyib.

Tramp çərşənbə günü Tvitterdə Washington Post-da yer alan xəbəri inkar edərək onu, “növbəti saxta xəbər” adlandırıb.

Trampın Zelenski ilə iyulun 25-də baş tutan telefon danışığı ilə bağlı şikayət nəticəsində Nümayəndələr Palatasında Tramp üzərində onun Zelenski Baydenlə bağlı korrupsiya təhqiqatı aparmayanadək Ukraynaya hərbi yardımı dayandırıb-dayandırmadığını müəyyən etmək üçün impiçment araşdırması başladılıb.

Tramp yanlış hərəkət etdiyini inkar edib və Zelenski ilə telefon danışığını “qüsuruz” adlandırıb. Trampı müdafiə edən Respublikaçı qanunvericilər deyir ki, Ukraynaya hərbi yardımın dayandırılması iki tərəf arasında razılığın olduğunu sübut etmir.


Baş prokurordan məni təmizə çıxarmasını istəməmişəm - Tramp

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019
    Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi
    Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ