EURO 2,0024 NEFT 78,2
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:28.06.2018 10:21:16

Ali Xəlifə rejiminin saxta ittihamlarla həbs edilən siyasi dustaqlara həbsxanalarda verilən işkəncələr Bəhreyndə yenidən aksiyalara start verilməsinə səbəb olub

İslamazeri.com xəbər verir ki, Ali Xəlifə rejiminin saxta ittihamlarla həbs edilən siyasi dustaqlara həbsxanalarda verilən işkəncələr Bəhreyndə yenidən aksiyalara start verilməsinə səbəb olub.

Dünən axşam saatlarında Musalla, Diya və Məayir şəhərlərində siyasi dustaqlara dəstək məqsədilə "Məhbusların Fəryadı" şüarı ilə aksiyalar keçirilib.

Aksiyalardan iki gün əvvəl küçələrdə vətəndaş itaətsizliyi nümayiş etdirilib. Etirazçılar rejimin siyasi və dini baxışlarına görə, edam qərarları, həbs və həbsdən sonra zindanlarda işkəncələrə etiraz edirlər.

Qeyd edək ki, Bəhreyn güc strukturlarının ötən ilin fevral ayında Bəhreyndəki etirazlar zamanı həbs edərək, işkəncələr altında qətlə yetirdiyi 4 nəfərdən, 3-nün cəsədi Bəhreyn güc sttukturları tərəfindən dənizə atılmışdı. Bəhreyn və İran arasında dəniz vasitəsilə sərhəd olduğundan, atılan 4 cəsəddən 3-ü İranın Buşehr şəhərinin sahillərində tapılmış, cəsədlər xüsusi mərasimlə dəfn olunmuşdular.

Bəhreyndə nə baş verir?

Bəhreyn 2011-ci ildən etibarən xalqın Ali-Xəlifə rejiminə qarşı etirazlarına şahid olur. Xalq azadlıq, ədalətin təmin edilməsi, ayrıseçkiliyin aradan qalxması və eyni zamanda seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir. Amma bu tələblər Manama Rejimi tərəfindən təzyiq hərəkətlərilə qarşı-qarşıya qalmışdır. Bəhreyn xalqının dinc etirazlarının üstündən altı il keçməsiylə yanaşı, bu günlərdə Bəhreyn məsələsi regional və beynəlxalq siyasətçilərin zehnində aktual bir mövzu halına gəlib. Çünki etirazlar heç dinməmiş və etirazçılar öldürülmələrinə, gənclərin həbsə atılmasına, işgəncəyə məruz qalmasına və edam edilməsinə, qadınlarının həbs olunmasına, ölkədəki alimlərin təzyiq altında tutulmalarına, məscidlərinin dağıdılmasına və Bəhreyn vətəndaşlığından çıxarılmalarına baxmayaraq, hər gün küçələrə çıxmaqdadır.

Beynəlxalq aləm səssizdir...

Əslində beynəlxalq cəmiyyətin Bəhreyndəki proseslər mövzusunda ikiyə ayrıldığını söyləyə bilərik; Qeyri-hökumət təşkilatları ilə insan haqları təşkilatları və xarici ölkələr ilə siyasi partiyalar. Hazırda beynəlxalq siyasi prosesdə insan haqları təşkilatları və QHT-lər xalq inqilablarını dəstəkləyir və rejim qarşısında dayanırlar, amma buna qarşılıq olaraq xarici ölkələr Bəhreyndə Ali-Xəlifə rejimini və Ərəbistanda da Ali-Səud rejimini dəstəkləyirlər. Əslində xarici ölkələr demokratiyaya və göstəricilərinə heç bir qiymət vermir və faktiki olaraq diktatorların yanında yer alır, azadlıq və haqq-ədalət şüarı səsləndirənləri tək qoyurlar.

 Bu ölkələr, sanki Bəhreyndə heç bir şey olmamış kimi diplomatik əlaqələrinə davam edirlər və bu da onların Ərəbistan və Bəhreyndə etməyi planlaşdırdıqları acgöz razılaşmalarından və planlarından qaynaqlanır. Amma Ərəbistan və Bəhreyn başda olmaqla diktator rejimlərə verilən dəstəyin bitməsi məsələsində xalqın şüurunun və bu xarici ölkələrə təzyiqlər günü gündən artır.


Bəhreyndə siyasi dustaqlara verilən işkəncələrə etiraz olaraq aksiya və vətəndaş itaətsizliyi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zakir Həsənov İran Ordusuna başsağlığı verdi
    "Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik."
     22.09.2018
    Tramp Rusiya üzrə mütəxəssisi Ermənistana səfir təyin etdi
    Treysinin Ermənistana səfir kimi namizədliyi ABŞ Senatında baxıldıqdan sonra təsdiq olunmalıdır.
     22.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ