EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:10.06.2019 11:49:29

Avtomobilə baxış zamanı mənşəyi məlum olmayan, çəkisi 180 kiloqram olan ət aşkar edilərək götürülüb.

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, növbəti belə tədbir daxil olan məlumat əsasında iyunun 8-də Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri ərazisində keçirilib. 

Belə ki, rayon sakini R.Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil şəhər ərazisində yol polis əməkdaşları tərəfindən saxlanılıb. 

Avtomobilə baxış zamanı mənşəyi məlum olmayan, çəkisi 180 kiloqram olan ət aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.


Bərdədə mənşəyi məlum olmayan 180 kq ət aşkarlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Huawei” süni intellekt texnologiyaların istifadə olunduğu prosessoru təqdim edib
    “Huawei” şirkəti süni intellekt texnologiyalarının istifadə olunduğu yeni “Ascend 910” prosessorunu və yeni “MindSpore” proqram təminatını təqdim edib.
     23.08.2019
    Yeni
    "Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ