1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:30.05.2019 13:26:19

Emin qeyd edib ki, məqsədi Azərbaycanda narkotiklə bağlı problemlərin həllinə dəstək olmaqdır

Xalq artisti Emin Ağalarov Bakıda media nümayəndələri ilə görüşüb. Tədbirdə müğənni Rusiya Milli Anti-Narkotik Birliyinin (NAS) rəhbəri Nikita Luşnikovla birlikdə yer alıb.

Emin Azərbaycanda sözügedən mərkəzin filialını açmaq istəməsindən bəhs edib. "Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə günü”nə həsr olunmuş tədbirdə Ağalarovka yanaşı Nikita Luşnikov, MMA çempionu Fedor Emelyanenko və kino-teatr aktyoru Pavel Derevyanko iştirak edib.

Emin qeyd edib ki, məqsədi Azərbaycanda narkotiklə bağlı problemlərin həllinə dəstək olmaqdır:

"Azərbaycanı çox sevirəm. Ölkəmdə narkotik probleminin həllinə başlamaq üçün Rusiyadan dostlarımı Bakıya dəvət etmişəm. Bəxtim gətirib ki, özüm narkotikdən istifadə etməmişəm. Bunu böyük uğur hesab edirəm. Çünki işlədiyim sahədə bu, yayılmış bir haldır. 4 uşağım var. İstəyirəm ki, onlar bu təhlükədən maksimum dərəcədə müdafiə olunsunlar. Bu işdə dövlət də mənə dəstək göstərəcək".

Pavel narkotikdən müalicə olunanlarla görüşündən söz açıb:

"Mərkəzə gedəndə müalicə olananlarla tanış oldum. Böyük dərdlər gördüm. Özümün böyük gördüyüm problemlərin əslində, heç nə olduğunu anladım. Nikita ilə tanışlıqdan sonra həyatım dəyişdi. Biz narkotik istifadəçilərinə kömək etməyə çalışırıq. Düzdür, bir çoxları narkotikə güc gələ bilmir".

Rusiya Milli Anti-Narkotik Birliyinin (NAS) rəhbəri Nikita Luşnikov bir vaxtlar narkotik istifadəçisi olduğunu deyib:

"Elə bir narkotik növü yoxdur ki, ondan istifadə etməyim. Asılılıqdan xilas olmaq çətin idi, amma bacardım. Mənə heç bir həkim kömək edə bilmədi. Özümdə güc topladım və bu bəladan xilas oldum. Rusiyada da narkotik çox yayılıb. Bizə müraciət edənlər arasında məşhurlar belə var. Bir çoxları narkotik bəlasından xilas olur, bəzilərinin isə buna iradəsi çatmır.

Təşkilat narkomaniya və alkoqolizmlə mübarizə ilə məşğuldur. Bizim işimiz qeyri-kommersiya üzərində qurulub. Emin ilə ilk dəfə görüşəndə mütləq şəkildə Bakıda da nə isə bir iş görməyin lazım olduğunu düşündük. Hazırda bizi həm Rusiyada, həm də Azərbaycanda dəstəkləyənlər var. Bizə Azərbaycanda müraciət edənlər olub və onlar müalicə dövrünü uğurla başa vurublar". (axşam.az)


“Bəxtim gətirib ki, narkotikdən istifadə etməmişəm” - Emin Ağalarov

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ