1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:20.05.2020 01:31:20

Türkiyəli jurnalist, araşdırmaçı yazar Ziya Türkyılmaz bu mövzu ilə bağlı maraqlı məqalə dərc edib.

Təzkiyyə və hazırlıq ayı Ramazan ayının son cüməsinə yaxınlaşdıqca möminlərin qanları hərəkətlənməyə, çoşmağa, qaynamaya başlayır. Çünki Qüds günü yaxınlaşmaqdadır.

İslamazeri.com xəbər verir ki, Türkiyəli jurnalist, araşdırmaçı yazar Ziya Türkyılmaz bu mövzu ilə bağlı maraqlı məqalə dərc edib.

Yazar Beynəlxalq Qüds Gününün elanının möminlərin ilk qibləsinin olduğu Məscidi Əqsanın - müqəddəs torpaqların işğal altından azad edilməsi yönündəki atılmış ilk təsirli addımı adlandırır.

"Nur içində yatsın; İmam Xomeyni (r) Qüds Gününü elan edərkən sahib olduğu bəsirət və irfani dərinliklə bu günləri və bundan sonrakı günləri görməkdəydi.

İslam İnqilabının İranda qələbə çalmasından 6 ay keçmişdi ki, 7 Avqust 1979-cu il 13 Ramazan 1399 tarixində müsəlmanlara və müstəzəflərə səslənən İmam Xomeyni tarixin seyrini dəyişdirəcək bir elan verdi.

İmam Xomeyninin biz müsəlmanlara hədiyyə etdiyi Beynəlxalq Qüds Günü, təkcə Fələstin və Qüdslə məhdud deyildir.

Beynəlxalq Qüds Günü, üç əsrdir müstəkbir güclərə bir çox cəhətdən məğlub olmuş, geridə buraxılmış bir ümmətin yenidən oyanışı, ayağa qalxması və vəhdətini simvollaşdırır.", -deyə jurnalist əlavə edir.

Ziya Türkyılmaz sonra qeyd edir ki, o zaman çox az sayda şəxsdən başqa heç kəs Beynəlxalq Qüds Gününün elanının  bu cür təsir və müsbət nəticələr yaradacağını ehtimal vermirdi: "İllər keçdikcə, qərblisi və şərqlisilə bütün müstəkbir güclərinin burnunun yerə sürtüləcəyi günün müjdəsi və başlanğıcıdır. Rəhmətlik İmam, “Qüdsün yolu Kərbəladan keçər” dediyi günlərdə İran, müstəkbir güclər tərəfindən Bəəsçi Səddam Hüseyn vasitəsilə müharibəyə məcbur edilmişdi. Bəziləri bunun İranlı döyüşçüləri coşqulandırmaq üçün deyilmiş bir söz olduğunu düşünürdülər. Amma aradan zaman keçdikdən sonra İmamın nə qədər uzaqgörən və dərin fikirləşən olduğunu isbatlandı. Kərbəla, İraqla birlikdə olmadan Şama, Livana və son hədəf Fələstinə, həsrətini çəkdiyimiz Qüdsə, Məscidi Əqsaya çatıla bilməyəcəyi daha yaxşı anlaşılır."

Yazar ABŞ və Qərb müstəkbirlərinin və içəridəki müttəfiqlərinin kuklalarının hamısı ilə birlikdə İraq, Suriya və Livanda qurduqları saysız hesabsız planlar və cinayətlərinə işarəedərək “Qüdsün yolu Kərbəladan keçər” şüarının bir mənasının da bu yolda olanların Hüseyni olmaları, İmam Hüseynin izində getmələri kimi şərh edir.

Yazar sonra Ziyarəti Aşuradan misraları dərc edərək belə davam edir: "Pakistandan, Əfqanıstandan, İrandan, İraqdan,  Bəhreyndən, Livandan və Yəməndən Hüseyni mücahidlər həlledici müharibədəki yerlərini almaq üçün yavaş yavaş ayağa qalxarkən bu cəbhənin başqa coğrafiyalardan müsafirləri də zamanı gələndə, Hüseynə verdikləri sözü dərk edərkən oturduqları yerdən qalxacaq, əvvəlkilərin davamçısı olaraq Qüds cəbhəsindəki yerlərini tutacaqlar."

İsrailin Suriyaya hava hücumları, İŞİD-in yenidən xortladılması, Livan, İraq, Suriya və Yəməndəki proseslərə işarə edən yazar Almaniya və digər ölkələrdəki Hizbullaha qarşı sanksiyaları, sosial şəbəkələrdəki müqavimət profil, səhifələrin bağlanmasını acizlik və çarəsiz çırpıntılar adlandırır.

"Müqavimət Cəbhəsi adını saydığımız prioritetləri başda olmaqla, hər yerdə yavaş-yavaş  formalaşmaqda və inkişaf dövrünü keçirir. Müstəkbirlərin yuxarıda saydığımız hiylə planları və cəhdləri bu cəbhənin hərəkatını  Allahın iznilə əngəlləyə bilməyəcəkdir.", qeyd edən Ziya Türkyılmaz İslam dünyasının müxtəlif bölgələrindəki saxta Qüds heyranlarını tənqid edir.

Onlar haqqında "...müstəkbirlərə qarşı mübarizədə indiyə qədər şüardan başqa heç nə etmədilər və bundan sonra da edən  deyillər. İqtidarlarını davam etmək üçün müsəlman xalqların başını qatanların bu meydandan əldə etdikləri sadəcə özlərini və xalqı aldatmaları olacaqdır. Sionist canilər və baş hamiləri də zatən bu saxtakarların mahiyyətini bildikləri üçün bunları ciddi qəbul etmir."

Türk araşdırmaçı Ramazanın son Cüməsi yaxınlaşarkən koronavirus epidemiyasına görə, gözlənilməz durumu  diqqətə almalı və Beynəlxalq Qüds Gününü canlı saxlamaq üçün keçmiş illərdən daha çox iş görülməsini vacib hesab etdiyini qeyd edib.


Beynəlxalq Qüds Günü Fələstin və Qüdslə məhdud deyildir...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Haşdi Şabi İŞİD-in əkinçilərə qarşı terrorunun qarşısını aldı
    Məlumata görə, “Haşdi Şabi” bu haqda açıqlama yayıb.
     06.06.2020
    9 mindən çox xarici milyarder Türkiyə vətəndaşı oldu
    Türkiyə Əhali və Vətəndaşlıq İşləri Departamenti açıqlayıb
     06.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ