BMT-nin Baş katibi Antonyo Quterresdən tələb

BMT-nin Baş katibi Antonyo Quterres Səudiyyə Ərəbistanı hökumətinə müxalif olan jurnalist Camal Qaşıqçının qatillərinin cəzalandırılmasını istəyib. "Bizim bu cinayətlər bağlı mövqeyimiz əvvəl gündən məlumdur", - deyə Antonyo Quterres diqqətə çatdırıb.
Baş katib vurğulayıb ki, bu cinayət söz azadlığına qarşı yönəlib.
"Bütün dünya ölkələri üzərinə götürdüyü insan haqları öhdəliklərinə riayət etməlidir", - Antonyo Quterres qeyd edib.
eastnews.az
BMT Camal Qaşıqçının qatillərinin tapılmasını tələb edir