1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:17.09.2019 10:14:15

Rohinaca qaçqınları hazırda Banqladeşdə Koks Bazarda düşərgələrdə yaşayır.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, BMT-nin xüsusi məruzəçisinin bildirdiyinə görə, 700 mindən çox Rohincalı müsəlman qaçqınının iki il əvvəl Myanmadan zorakı şəkildə çıxardılmasından sonra ölkədə onların geri qayıda bilməsi üçün şərait hələ də çox təhlükəli olaraq qalır. Rohinaca qaçqınları hazırda Banqladeşdə Koks Bazarda düşərgələrdə yaşayır.

Xüsusi məruzəçi Yanqhe Li bildirib ki, Myanma beynəlxalq qanunu kobud şəkildə pozmağa və Rakxayn, eləcə də cənubdakı Çin ştatlarındakı etnik azlıqlara qarşı qəddar üsullarla repressiyaları davam etdirir.

O, çox sayda mülki vətəndaşın öldürüldüyünü və həm Myanmanın hərbi qüvvələri, həm də Rakxaynda üsyançı qrup olan Arakan ordusu tərəfindən güclü artilleriya və digər hərbi üsullardan istifadə edilməsi nəticəsində on minlərlə insanın məcburi köçkün olduğunu deyib.

Xüsusi məruzəçinin bildirdiyinə görə, Rohinca qaçqınlarının Myanmaya qayıtdıqda təhlükəsiz ola biləcəklərini heç bir şəkildə təsəvvür etmək mümkün deyil. O, avqust ayında 3450 qaçqının geri qaytarılması haqda razılığın əldə edildiyini bildirmişdi.

BMT nümayəndəsi Myanmanın qaçqınların geri qaytarılması üçün lazım olan tədbirləri gördüyünü iddia etdiyini və prosesin gecikdirilməsində Banqladeşi günahlandırdığını bildirib. Lakin o, əslində bunun əksinin baş verdiyini deyib.

“Myanma zorakılıq və təqiblər sistemini dayandırmaq üçün heç bir şey etməyib və Rakxaynda qalan Rohincalar 2017-ci ilin avqust hadisələrindən öncəki ağır şəraitdə yaşayır. Onlara vətəndaşlıqdan və tanınmaqda məhrum edilir, Arakan ordusu və Tatmadav arasında davam edən münaqişədə daimi şəkildə zorakılıqla qarşılaşır” -deyə, o bildirib.

BMT təhqiqatçısı Rohincaların azad şəkildə hərəkət edə bilmədiyini və ərzaq, səhiyyə xidmətləri, təhsil, dolanışıq imkanları və digər xidmətlərə məhdud çıxışları olduğunu deyib.

Myanmanın Cenevrədə BMT-də daimi nümayəndəsi Kyav Moe Tun xüsusi məruzəçi Yanqhi Lini qərəzsiz və obyektiv olmamaqda günahlandırıraraq, Myanmanın insan haqlarının hər hansı şəkildə pozulmasına dözümlülük göstərmədiyini bildirib. O, ikitərəfəli razılaşmalara uyğun olaraq, heç bir Rohinca qaçqınının geri qayıtmadığını etiraf edib, lakin hindular və müsəlmanların öz istəyi ilə qayıtdığını deyib.


BMT Rohinca qaçqınlarına görə Banqladeşi günahlandırdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Netanyahu gedir; İsrail nazirlər kabinetini quracaq Benni Qants kimdir?
    İsrail prezidenti Nazirlər kabinetinin qurulmasını həvalə etmək qərarına gəlib
     23.10.2019
    Trampın ticarət məsələləri üzrə müşaviri istefa verib
    ABŞ prezidenti Donald Trampın ticarət məsələləri üzrə müşaviri Kelli Enn Şou vəzifəsindən istefa verib.
     23.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ