1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:18.03.2019 20:19:24

“Beynəlxalq Qızıl Xaç Komitəsi hakimiyyət orqanları ilə ikitərəfli konfidensial dialoq aparır ki, həmin şəxsə baş çəksin”

“Beynəlxalq Qızıl Xaç Komitəsi hakimiyyət orqanları ilə ikitərəfli konfidensial dialoq aparır ki, həmin şəxsə baş çəksin”

Bu barədə Azvision.az -a Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Qazax rayon sakini Elvin İbrahimovun Ermənistan tərəfinə keçməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
BQXK rəsmisi qeyd edib ki, beynəlxalq humanitar hüquqa görə, münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmələr Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatına aiddir.

Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumatda bildirilib ki, E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər. Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.

Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib.


BQXK Ermənistan tərəfə keçən Qazax sakini ilə bağlı danışıqlar aparır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhani: ABŞ və İsrailin planı puç oldu! Qalib İrandır!
    İran prezidenti ölkədəki hadisələr barədə danışıb.
     20.11.2019
    Oqtay Gülalıyev təkrar əməliyyat olunacaq
    Noyabrın 20-də səhər saatlarında İstanbulun "Amerika Xəstəxanası"nda Oqtay Gülalıyevin növbəti neyrocərrahi əməliyyatı başlayıb
     20.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ