Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:16.09.2022 17:16:47

Kraliça II Yelizavetanın adından ümrə ziyarətini yerinə yetirmək üçün Məkkəyə getdiyi iddia edilən şəxs həbs edilib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Yəmən vətəndaşı olan bir şəxs bazar ertəsi günü müsəlmanların müqəddəs məkanı olan Məkkədə qeyri-müsəlmanlar üçün ziyarət qadağan olunan Məscidül-həramda özünün videosunu yayımlayıb.

O, videoda "Kraliça II Yelizavetanı cənnətə qəbul etməsi və onu salehlər sırasına qoyması üçün Allaha dua edirik" sözləri yazılmış pankart tutub.

Video Səudiyyə Ərəbistanının sosial mediasında geniş yayılıb, Twitter istifadəçiləri həmin şəxsin həbs olunmasını tələb ediblər.

Bu gün səhər saatlarında, dövlət mediası Məscidül-həramın təhlükəsizlik qüvvələrinin ümrə qaydalarını və təlimatlarını pozaraq Məscidül-həramın içərisində pankart daşıyan videoçarxda görünən Yəmən vətəndaşını saxladığını bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Məkkəyə həcc ziyarəti zamanı pankart və şüarları qadağan edib.

Böyük Britaniya kraliçası kimi qeyri-müsəlmanlara gəldikdə isə, nə sağlığında, nə də öldükdən sonra onların adına Həcc ziyarətinə icazə yoxdur.

Xatırladaq ki, kraliça II Yelizaveta sentyabrın 8-i vəfat edib. Onun dəfn mərasimi sentyabrın 19-u keçiriləcək. 

 

 


Britaniya kraliçası adından Ümrə həcci yerinə yetirən şəxs həbs edilib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənilərin Kəlbəcərdə basdırdığı növbəti 259 mina zərərsizləşdirilib
    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
     28.09.2022
    İstehlaka yararsız müxtəlif növ süd məhsulları məhv edilib
    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.
     28.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ