Böyük Britaniyanın XİN-in eks-başçısı müsəlmanları təhqir edib

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Böyük Britaniyanın XİN-in eks-başçısı və qarşıdan gələn Baş nazir seçkilərindəki ən əsas namizəd olan Boris Consonun adı islamofob qalmaqalda hallanıb.
Belə ki, o, 2007-ci ildə yazdığı inşada bəyan edir ki, müsəlmanlar İslam dininə görə “Avropadan yüzlərlə il geridədir”.
Onun sözlərinə görə, Yaxın Şərqdə insanların dinə daha da bağlanması bölgənin inkişafına mane olan ən əsas səbəbdir.
Xatırladaq ki, bundan öncə də Conson oxşar qalmaqala səbəb olmuşdu: o, öz yazılarının birində niqablı qadınları poçt qutusuna oxşatmışdı.
Britaniyanın keçmiş naziri müsəlmanları təhqir etdi