1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:18.05.2020 15:47:52

Ramazanın son cüməsi "Beynəlxalq Qüds günü" kimi qeyd edilir.

İslamazeri.com xatırladır ki,  bu həftənin cümə günü Qüds Günüdür.

Mübarək Ramazan ayının sonuncu cüməsi İslam Dünyasında “Qüds günü” kimi qeyd edilir. Mərhum İslam alimi və mütəfəkkiri İmam Ruhullah Xomeyninin təşəbbüsü ilə qeyd edilən bu gün, dünyada haqqı pozulan bütün müsəlmanların, o cümlədən azad insanların vəhdət  və zülmə etiraz etmələri günüdür.
Bu günlərdə, Qarabağımız hələ də, erməni terrorçularının işğalı altında olduğu kimi, müsəlmanların ilk qibləsi olan Qüds də, İsrailin işğalı altında qalmaqda davam edir.
Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar hər iki rejim haqqında qətnamə qəbul etsədə, bu heçə sayılmaqda, dünya imperialistləri iki; erməni və yəhudi lobbisinin təsirilə Qarabağ və Fələstinin - iki müsəlman torpaqlarının işğalda qalmasına zəmin yaratmaqdadırlar.
Fələstindəki özünümüdafiə qüvvələri öz torpaqlarını müdafiə etməsinə görə, beynəlxalq qınaq işə düşdüyü halda,   Azərbaycana da,  buna bənzər “sülhə çağırış” və “atəşkəs” mesajları ilə torpaqlarının öz iradəsilə azad edilməsi istiqamətində atmaq istədiyi addımlara müdaxilə edilməkdədir.
Odurki, bu gün biz, Qarabağ və Qüdsü bir birindən ayırmayaraq, bütün işğalçılara,terrora və terrorçulara, qadın, uşaq və insan qatillərinə etiraz edir, istər Qarabağın, istər Fələstinin işğal altında qalmasını, orada törədilmiş Xocalı və Qəzza qətliamlarına hüquqi qiymətin verilməməsini beynəlxalq ictimaiyyətin “üz qarası” adlandırmalıyıq.


Bu cümə “Qüds günü”dür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Almaniya Postkorona dövrü: Hibrid avtomobil alıcılarına 6 min avro, uşaqlara 300 avro
    Almaniya hökuməti koronavirus pandemiyası nəticəsində yavaşlayan iqtisadiyyatı canlandırmaq üçün addımlar atacaq
     05.06.2020
    Tramp İrana təşəkkür etdi - SƏBƏB
    ABŞ Prezidenti Donald Tramp öz tvitter səhifəsində bu haqda yazıb
     05.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ