1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:14.08.2019 16:27:03

srail Ordusu iki PUA-nın Qəzzadan İsrailin nəzarətində olan ərazilərin səmasında göründüyünü açıqlayıb.

İslamazeri.com xəbər verir ki, 13 avqust çərşənbə axşamı İsrail Ordusu iki PUA-nın Qəzzadan İsrailin nəzarətində olan ərazilərin səmasında göründüyünü açıqlayıb.

Məlumata görə, İsrail Ordusu PUA-ları zərərsizləşdirə bilməyib.

Oxşar olay yanvar ayında baş verib. Belə ki, fələstinlilərin PUA-sı İsrailin hərbi bazalarının üzərində uçaraq foto və video çəkilişlər etmiş, İsrail tərəfi isə bu PUA-nın Fələstin Müqavimətinə aid olmadığını bildirərək, başqa bir düşmən ölkəyə aid olma ehtimalını bildirmişdi.

Qeyd edək ki, son zamanlar Yəmən "Ənsarullah" hərəkatı Səudiyyə ilə müharibədə PUA-lar vasitəsilə xeyli əməliyyatlar keçirmiş, Səudiyyə və bu ölkəyə bağlı qaçmış yəmənli liderin tərəfdarlarının toplaşaraq keçirdiyi hərbi paradda uğurlu əməliyyat həyata keçirmişdi. Göründüyü qədər, Fələstin Müqaviməti PUA-lar vasitəsilə yeni stratejinin astanasındadır və hələlik təlim, kəşfiyyat addımları ilə sionist ordunun açıqlama verməsinə səbəb olur.

Onu da qeyd edək ki, həm İsrail, həm də Səudiyyə tərəfi fələstinlilər və yəmənlilərin bu strateji və inkişafında İran İslam Respublikasını ittiham edir.


Bu dəfə fələstinlilərin PUA-sı İsraili qorxuya saldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Quran insanla danışır, Füzeyllə danışdığı kimi
    İslamazeri.com-un "Din" rubrikasından...
     26.05.2020
    Azərbaycanda koronavirusa yoluxanların 64 faizdən çoxu sağalıb
    Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     26.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ