EURO 1,8962 TRY 0,2805
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.02.2019 11:14:39

Eyni zamanda, icazənin alınması üçün vaxt 116 gündən 35 günə salınıb.

Dövlət Tikinti və Şəhərsalma Komitəsi və “ASAN xidmət” birlikdə “Ekspertizanın keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi” üçün elektron sistem yaradıb.

Oxu.Az xəbər verir ki, Komitənin aparat rəhbəri Anar Quliyevin sözlərinə görə, tikintiyə icazə indikatoru üzrə Azərbaycan “Doing Business” sistemində 100 pillə irəliləyib.

Təsdiq edilən yeni qayda ilə tikintiyə icazə üzrə tələb olunan sənədlərin sayı 18-dən 7-yə, xərclər 6700 manatdan 1500 manata düşüb.

Eyni zamanda, icazənin alınması üçün vaxt 116 gündən 35 günə salınıb.

“Sahibkar-məmur əlaqəsini minimuma endirməklə, şəffaflığa nail olmağa çalışırıq. Bu gündən fəaliyyətə başlayan sistemə müraciət edildikdən 10 gün ərzində istismara icazə almaq mümkün olacaq. Sahəsi kiçik olan birmərtəbəli, aşırımlarının uzunluğu böyük olmayan binaların istismardan keçməsi tələb olunmur”, - deyə A.Quliyev vurğulayıb.

Onun sözlərinə görə, tədricən ekspertiza tələb olunan tikililərin qeydiyyatı ilə bağlı proseslər də elektronlaşdırılacaq.


Bu gündən birmərtəbəli evlərin tikintisinə icazə elektron və ödənişsiz olacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sabiq icra başçısının ailəsindəki faciənin TƏFƏRRÜATI
    Lənkəran rayonunun keçmiş icra başçısı, filologiya elmlər doktoru, publisist Yaşar Rzayevin ailəsində baş vermiş faciə ilə bağlı bəzi məqamlar aydınlaşıb.
     20.05.2019
    Bakının mərkəzində baş verən qəzanın görüntüləri yayıldı - VİDEO
    Bakının Səbail rayonu Neftçilər prospektində baş verən qəza anı kameraya düşüb.
     20.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ