EURO 1,8883 TRY 0,2957
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:04.06.2019 11:17:53

2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək.

2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək.

Trend-in məlumatına görə, paytaxtda 45 616 nəfər I sinfi, 655 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vuracaq. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən xüsusi məktəblərdə isə IX sinfi 399 nəfər bitirəcək.

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 424 118 şagird təhsil alır. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 27 563 müəllim fəaliyyət göstərir.

2018-2019-cu tədris ilində paytaxt üzrə 264 ümumi təhsil məktəbində fəaliyyət göstərən 919 məktəbəhazırlıq qrupunu 23 840 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlıların 90 faizini təşkil edəcək.

 

İyunun 4-nə (saat 10:00) olan məlumata əsasən, 2018-2019-cu tədris ili üçün paytaxtdakı ümumi təhsil müəssisələrinin I sinfinə mektebeqebul.edu.az saytı vasitəsilə 44 875 sorğu yerləşdirilib. Onlardan 41 430-u ümumi təhsil məktəblərini, 3 445-i isə lisey və gimnaziyaları seçib.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir.


Bu il Bakı məktəblərinin məzunlarının sayı bilindi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şirkət Nyu-Orlean Apellyasiya Məhkəməsinə müraciət edib
     05.12.2019
    Türkiyənin tanınmış ilahiyyatçı alimi Alparslan Kuytul azad olundu
    Adana "Furqan" Təhsil və Xidmət Fonduna qarşı istintaq çərçivəsində həbs olunan Alparslan Kuytul azad olunub
     05.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ