1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:21.01.2020 11:13:52

"İran xalqının amerikalıları özündən çıxarmasının səbəbi müstəqil bir dövlətin qarətçi bir quldura qarşı müqavimətinin təsvirindən qaynaqlanan cazibədir"

İslamazeri.com xəbər verir ki, bu sözləri  İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei dünən Həcc ziyarəti üzrə məsul şəxslərlə görüşündə deyib.

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei dünən Həcc ziyarəti üzrə məsul şəxslərlə görüşdə vurğulayıb ki, İslam Respublikasının yeni sözünü, yəni dini demokratiya modelini dünyaya çatdırmaq üçün həcc fürsətindən istifadə etmək lazımdır.

“İran İslam Respublikasının ABŞ-a müqavimət göstərməsi və İran xalqının zorakılığı qəbul etməməsi dünya üçün cəzbedici bir həqiqətdir. Bu cazibədən İslam və İran xalqının həqiqətlərini yaymaq üçün isitfadə etmək lazımdır”, - deyə Ayətullah Xamenei bildirib.

Ayətullah Xamenei qeyd edib ki,  amerikalıların “İran adi bir dövlətə çevrilməlidir” fikrini səsləndirməkdə məqsədləri budur ki, İslam Respublikası özünün yeni sözünü, yəni cəmiyyətin təşkili və idarə edilməsində xalqın səslərinin islami fikirlər və dini əsaslarla çulğalaşdırılması fikirini dünyaya çatdırmaqdan əl çəksin.

“Dini demokratiya dünyaya məlum olmayan bir məsələdir. Bu gün İslam Respublikasına qarşı fəaliyyət göstərən milyonlarla təbliğat vasitəsinə qarşılıq olaraq bu model, ABŞ-ın düşmənçiliyinin səbəbi, İran xalqının zorakılığı qəbul etməməsi məntiqi kimi məsələləri çatdırmaq üçün Həcc fürsətindən istifadə etmək olar”, - Xamenei əlavə edib.

O bildirib ki, İslam təfəkkürünün əsasları və onun nümunələrinin, o cümlədən İslam Respublikasının müqavimətinin izahı dünya üçün cazibədardır: “İran xalqının amerikalıları özündən çıxarmasının səbəbi müstəqil bir dövlətin qarətçi bir quldura qarşı müqavimətinin təsvirindən qaynaqlanan cazibədir. Bu cazibədən İslam və İran xaqlının həqiqətini yaymaq üçün istifadə etmək lazımdır”


Bu şey Amerikanı özündən çıxardı - Ayətullah Xamenei açıqladı...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya yeni hipersəsli silahları sınaqdan keçirir
    Rusiya Şimal donanmasında yeni hipersəsli silahı sınaqdan keçirir.
     28.02.2020
    Süleymani sui-qəsdində ABŞ-a İsraildən başqa kömək edən ölkə məlum oldu
    Daha öncə İsrailin Süleymaniyə qarşı əməliyyat zamanı ABŞ-a dəstək verməsilə bağlı da məlumat yayılmışdı.
     28.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ