EURO 1,8907 TRY 0,2924
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:30.05.2019 04:26:16

Bakıda UEFA Avropa Liqasının finalçıları - İngiltərənin "Çelsi" və "Arsenal" komandalarının mükafatlandırma mərasimi keçirilib.

Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının 2018-2019 mövsümünün final qarşılaşması baş tutub.

Trend-in məlumatına görə, maraqlı qarşılaşmada iki ingilis komandası – “Çelsi” və “Arsenal” qarşılaşıb.

Oyun “Çelsi”nin böyük hesablı qələbəsi ilə yekunşalıb – 4:1. Hesabı matçın 49-cu dəqiqəsində Olivye Jiru açıb. Mauritsio Sarrinin komandasının ikinci qolunu 60-cı dəqiqədə Pedro vurub, cəmi 5 dəqiqə sonra Eden Azar “Arsenal”ın qapısına təyin olunmuş penaltinin reallaşdırıb və hesabda fərqi daha da artlrlb.

Qarşılaşmanın 69-cu dəqiqəsində İvobi “Arsenal”ın azarkeşlərini ümidləndirsədə, “Çelsi”nin belçikalı forvardı Azar 3 dəqiqə sonra özünün ikinci, komandasının isə dördüncü qolunu vuraraq bütün suallara cavab verib.

 Beləliklə, “Çelsi” ikinci dəfə UEFA Avropa Liqasının qalibi olub. Turnirdə ilk qələbə sevincini komanda 2012-2013 mövsümündə Amsterdam finalında yaşayıb.

Bakıda UEFA Avropa Liqasının finalçıları - İngiltərənin "Çelsi" və "Arsenal" komandalarının mükafatlandırma mərasimi keçirilib.

"Report xəbər verir ki, qarşılaşmanın ardından təşkil olunan mükafatlandırmaya UEFA-nın rəhbəri Aleksander Çeferin, AFFA prezidenti Rövnəq Abdullayev və digər şəxslər qatılıblar.

Ənənəyə uyğun olaraq, əvvəlcə matçın hakimləri xatirə medallarını alıblar. Daha sonra "Arsenal" heyəti gümüş, "Çelsi" kollektivi isə qızıl medalla təltif olunub.

Avropa Liqasının kubokunu isə Çeferin "Çelsi"nin kapitanları Qari Keyhill və Sesar Aspilikuetaya təqdim edib.

Qeyd edək ki, final matçı "Çelsi"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.


"Çelsi" Bakıda "Arsenal"ı 4-1 hesabıyla məğlub etdi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ