EURO 1,855 TRY 0,2759
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:06.06.2019 14:12:25

Çində 5-ci nəsil mobil rabitə şəbəkəsi (5G) üzrə kommersiya xidmətlərinin göstərilməsi üçün ilk lisenziyalar verilib.

Çində 5-ci nəsil mobil rabitə şəbəkəsi (5G) üzrə kommersiya xidmətlərinin göstərilməsi üçün ilk lisenziyalar verilib.

 Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin mobil rabitə operatorları olan "China Mobile", "China Telecom" və "China Unicom"a, habelə "China Broadcasting Network"a müvafiq lisenziyaları təqdim edib.

Nazirliyin bir neçə gün əvvəl yaydığı məlumatda deyilirdi ki, Çində 5G şəbəkəsinin yaradılması istiqamətində aparılmış işlər uğurla başa çatıb və şəbəkə istifadəyə tam hazırdır. Artıq "Nokia", "Ericsson", "Qualcomm" kimi şirkətlərin iştirakı ilə texniki testlər də aparılıb.

Qeyd edək ki, 5G şəbəkəsində məlumatların ötürülməsi sürəti 4G-dən ən azı 10 dəfə çoxdur. Yeni nəsil mobil rabitə şəbəkəsi süni intellekt, virtual reallıq kimi texnologiyalar, pilotsuz nəqliyyat vasitələri, 3D-çap, daşınan qurğular və s. qabaqcıl sahələr üçün yeni imkanlar açır. 5G xidməti istənilən vaxt və istənilən yerdə heç bir ləngimə olmadan 4K çəkilişi ilə real vaxt rejimində video yayımlamağa imkan verir.

Çinin mobil rabitə operatorları qarşıdakı 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərf edəcəklər. Cari il ərzində isə bu xərclər 5 milyard dollara çatacaq. İl ərzində "China mobile" 50 minə yaxın, "China Telecom" isə 20 min baza stansiyası quraşdırmağı hədəfləyib. Proqnozlara görə, 2025-ci ilədək Çində 5G istifdəçilərinin sayı 460 milyona çatacaq ki, bu da dünyada ən böyük 5G bazarı olacaq. (Azertac)


Çində kommersiya məqsədilə ilk 5G lisenziyaları verilib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi koronavirusdan yazdı
    Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov koronavirusla bağlı özünün sosial şəbəkə profilində məqalə yazıb
     27.02.2020
    Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət müddəti 90 gün oldu
    Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət müddəti 30 gündən 90-günə qədər artırılıb.
     27.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ