1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.08.2019 14:14:59

Çinin Təhsil Nazirliyi (TN) 5-ci siniflər üçün nəzərdə tutulmuş yeni məktəb dərsliyində də dinlə bağlı sözlər çıxarılıb

İslamazeri.com-un “The Christian Post”-a istinadən verdiyi xəbərə əsasən, Çinin Təhsil Nazirliyi (TN) 5-ci siniflər üçün nəzərdə tutulmuş yeni məktəb dərsliyini təqdim edib. Həmin kitab “şagirdlərə digər mədəniyyətləri anlamağa kömək etmək üçün” nəzərdə tutulub.

Dərsliyə digər məlumatlarla yanaşı, xarici müəlliflərin ən məşhur əsərləri də əlavə edilib, o cümlədən də, “Robinzon Kruzo”, “Kibritli qız”, “Vanka”.

Maraqlısı budur ki, əsərlərdəki dinlə bağlı istənilən sözlər çıxarılıb.

Məsələn, Daniel Defonun əsərində, sahilə atılmış Robinzon Kruzo gəminin qalıqları arasından Bibliya tapsa da, Çin versiyasında o, “bir neçə kitaba rast gəlir”.

Hans Kristianın “Kibritli qız” əsərində belə bir cümlə var: “Ulduz düşən zaman, ruh Allahın yanına gedir”. Redaktə edilmiş Çin versiyasında isə həmin cümlə belədir: “Ulduz düşən zaman, insan bu dünyanı tərk edir”.

Anton Çexovun “Vanka” əsərində isə, kilsədə duanın oxunduğu və bir neçə dəfə “Məsih” sözünün təkrarlandığı hissə var. Çin versiyasında isə, həmin hissədən söz belə açılmır.


Çində nəşr edilən tanınmış romanlarda dinlə bağlı sözlər çıxarıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb
    Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
     03.06.2020
    Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb
    Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb.
     03.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ