EURO 1,9984 NEFT 51,47
USD 1,701 RUB 0,0286
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:17.07.2017 15:10:08

“Yay imtahında qaydaları pozanların yaz imtahan nəticələri də ləğv olunacaq”

Dövlət İmtahan Mərkəzi iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 16-da saat 18:06-dan etibarən elan edib. İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. Həmçinin abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, eyni zamanda mobil nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə modern.az-a deyib ki, imtahanda iştirak etmək üçün ərizə vermiş 34042 abituriyentdən 1097 nəfəri imtahanda iştirak etməyib.

“İmtahanda iştirak edən abituriyentlərdən 33 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib. Bunlardan 21-i II, 12-i isə III ixtisas qrupuna sənəd verən abituriyentlərdir. 4 abituriyentin üzərindən mobil telefon aşkar olunduğuna görə, digər abituriyentlər isə imtahanda davranış qaydalarını pozduqlarından imtahandan xaric edilib. Belə ki, həmin abituriyenlər köçürməyə cəhd edib və yaxud şərait yaradıblar”.

X.Xanlarzadə iyulun 22-də I və IV ixtisas qruplarına imtahan verəcək abituriyenlərə də xəbərdarlıq edib.

“Əgər abituriyent DİM-nin yazda keçirdiyi imtahanda iştirak edib, yayda iştirak etdiyi imthanda qaydanı pozsa, onun hər iki imtahanının nəticəsi ləğv ediləcək. Yəni abituriyent birinci imtahandan müəyyən qədər bal toplayıb, ikinci imtahanda qaydaları pozsa onun bütün nəticələri ləğv ediləcək. Abituriyentin əməl etməli olduğu qaydalar “Yaddaş kitabçası”nda öz əksini tapıb. Ona görə də bütün abituriyentləri diqqətli olmağa çağırırıq. Abituriyentlərə bildiririk ki, onlar “Yaddaş kitabçası” ilə tanış olsunlar. Orada göstərilən bütün qaydalara əməl etsinlər. Əks halda onların nəticələri ləğv olunacaq”.


DİM-dən abituriyentlərə ciddi XƏBƏRDARLIQ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Maşına
    Bu maşından 1971-1977- ci illərdə 134867 ədəd istehsal edilib.
     27.07.2017
    Kamran Ağayev Avroliqa uğrunda mübarizə aparan kluba keçdi
    Mlada Boleslav şəhərinin eyni adlı təmsilçisi artıq yığma üzvünü Avropa Liqasının III təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" ilə görüşlər üçün sifariş edib.
     27.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ