Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:24.05.2022 15:00:18

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Dövlət İmtahan Mərkəzi 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlərə müraciət edib.

DİM-dən "İslamazeri.com"a verilən məlumata görə, Azərbaycan dili (dövlət dili kimi) imtahanında (ikinci cəhd) iştirak etmək üçün qeydiyyat elan olunub.

9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər 31 may saat 23:59-dək verilən link (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=82) vasitəsilə qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər.

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan 12 iyun tarixində keçiriləcək.

Xatırladaq ki, 2022-ci il mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9-cu sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 8-də olan imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.

Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.


DİM kolleclərə qəbul üçün sənəd verənlərə müraciət edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan XİN başçısı yaxın günlərdə İrana səfər edəcək
    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianın dəvəti ilə yaxın günlərdə İrana səfər edəcək.
     3.07.2022
    Meymunçiçəyi virusuna yoluxanların əksəriyyəti kişilərdir - ÜST
    ÜST-nın Avropa üzrə regional direktoru Hans Kluge açıqlama yayıb
     3.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ