1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:10.07.2019 17:00:37

Azərbaycanın bəzi hüquq müdafiəçiləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk-la görüşdə ölkədə insan haqları ilə bağlı vəziyyətin çətin olduğunu vurğulayıblar.

Azərbaycanın bəzi hüquq müdafiəçiləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk-la görüşdə ölkədə insan haqları ilə bağlı vəziyyətin çətin olduğunu vurğulayıblar.

Çərşənbə axşamı Bakıda rəsmi səfərdə olan Donald Tusk-la görüşdə iştirak edən hüquq müdafiəçisi Şəhla İsmayıl BBC News Azərbaycancaya söyləyib ki, onlar "Azərbaycanda insan haqlarının vəziyyətinin çətin olması və siyasi məhbuslar" barədə müzakirə aparıblar. 

"Donald Tusk-ın dediyinə görə, prezidentlə görüşdə Əfqan Muxtarlının da adını çəkib və ümumiyyətlə bu məsələlərdə narahatlığını bildirib. Bizə söylədi ki, hər şeydən məlumatlıdır və insan hüquqları müstəvisində gedişat istədikləri kimi getmir. Amma bilavasitə dedi ki, Avropa İttifaqının bir nömrəli işi məhz insan haqlarıdır və heç bir halda onu ikinci plana keçirə bilmərik", - Şəhla İsmayıl deyir.

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılın sözlərinə görə, görüşdə Azərbaycan-Avropa İttifaqı arasında bağlanılması gözlənilən saziş məsələsi müzakirə edilən mövzular arasında olub.

"Təəssüf ki, sazişin bəzi müddəaları ilə bağlı hələ Azərbaycan hökuməti ilə razılığa gəlinə bilmir. Cənab Tusk bununla bağlı narahatlığını ifadə etdi. Proses istədikləri kimi sürətli getmir".

"Avropa İttifaqı rəsmilərinin Azərbaycandakı durumla bağlı məlumatları var"

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyir ki, əsas müzakirə obyekti Azərbaycanda media və vətəndaş cəmiyyətinin vəziyyəti, insan haqları, Azərbaycan-Avropa İttifaqı münasibətləri və vətəndaş cəmiyyətinin buna baxışı olub.

Cənab Əliyev hesab edir ki, Avropa İttifaqı rəsmilərinin Azərbaycandakı durumla bağlı kifayət qədər məlumatları var:

"Vətəndaş cəmiyyəti ilə görüş, onların baxışı, təsdiqi, müəyyən korreksiyası, bəlkə yeni informasiyanın alınması bu tərəf üçün vacib idi. Əslində proseslər davam edəcək, amma hesab etmirəm ki, bu tipli görüşlər bu prosesə hansısa formada ciddi şəkildə təsir edə bilir".

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinin üzvü Zaur Əkbər görüşdə "ölkədəki fundamental problemlərə toxunduğunu" söyləyib.

"Azadlıq, demokratiya, siyasi məhbus, sərbəst toplaşmaq, ifadə azadlığı, mətbuat azadlığı ilə bağlı problemləri qaldırdıq. Bundan başqa, Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı məsələləri danışdıq. Xüsusilə də Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycanın hətta Belarusdan da geridə yer tutmasını vurğuladım".

Cənab Əkbər deyir ki, "Donald Tusk-la dünənki görüşdən onun prezident İlham Əliyevlə görüşdən o qədər də razı qalmadığı" təəssüratını alıb.

"Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişinin imzalanması məsələsində gecikdirən, yubadan sırf Azərbaycan hakimiyyəti tərəfidir. Mən belə başa düşürəm ki, Avropa İttifaqının fundamental insan haqları, demokratiya ilə bağlı kifayət qədər yetərli arqument və tələbləri var, Azərbaycan hakimiyyəti də bilərəkdən ləngidir. Dünən cənab Tusk-la görüşdən mənzərə belə düşündüm ki, o, İlham Əliyevlə görüşdən sırf Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin dərinləşdirilməsi və bu sazişin tezliklə imzalanması baxımından o qədər də razı qalmayıb".

O əlavə edib ki, cənab Tusk-dan "Azərbaycan hakimiyyəti ilə danışıqlarda demokratiya və insan haqları ilə bağlı məsələlərdə heç bir halda kompromisə getməmələrini" xahiş edib. 

Çərşənbə axşamı günü Azərbaycanda rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk prezident İlham Əliyevlə görüşündə insan haqları ilə bağlı müzakirə aparıb, Donald Tusk BBC News Azərbaycancaya eksklüziv açıqlamasında deyib.

Cənab Tusk-un sözlərinə görə, Azərbaycan və Aİ arasında imzalanması gözlənən sazişdə insan haqları prioritetlərdən biridir:

"Şübhə yoxdur ki, insan haqları mənim diqqətimdədir. Mən prezident İlham Əliyevlə görüşdə bu mövzuda çox açıq idim. İnsan haqları bizim təklifimizin və gələcək müqaviləmizin əsas prioritetlərindən biridir. İnsan hüquqları ən yüksək prioritetimizdir".

Donald Tuskla görüşdən sonra keçirilən brifinqdə prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqlar uğurla davam edir: "Bir çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq".

İlham Əliyev deyib ki, Avropa İttifaqı ilə bağlı "bütün planlarının həyata keçiriləcəyinə ümidvardır".


Donald Tusk Azərbaycandakı hüquq müdafiəçiləri ilə nə haqda danışıb?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019
    Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı (FOTOLAR)
    Xaçmaz rayonunun Nərəcan kəndində üç gün öncə baş verən intihar hadisəsinin təfərrüatı üzə çıxıb.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ