1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.03.2019 13:57:48

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Gömrük Hospitalının əməkdaşı Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında DGK-nin Tibbi Xidmət İdarəsinin rəisi F.Qədiməliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs olunmasını, ev dustaqlığında olan E.Məmmədovun barəsində şərti cəza təyin edilməsini, DGK-nin Tibbi Xidmət İdarəsinin rəisi müavini F.Məmmədlinin 5 il 6 ay, V.Xıdırov, C.Mehtiyev və A.Atanurun isə hər birinin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs qətimkan tədbiri seçilmiş Ə.Quliyevin və A.Məmmədovun barəsində şərti cəza təyin edilməsini və məhkəmə zalından azadlığa buraxılmalarını istəyib.

Məhkəmə kollegiyası hökmü elan etmək üçün müşavirəyə yollanıb.


Dövlət ittihamçısı Gömrük Komitəsinin generallarına cəza istədi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrail Ordusunda reallıq: Qumara aludə olan gizir pulemyot və qumbaraları satırmış...
    İsrail Ordusu güclü olduğunu dünyaya yeritsədə, reallıq ordudakı xaos, özbaşnalıq və ruh düşkünlükdən başqa bir şey deyil
     19.07.2019
    İnqilab Keşikçilərinin Baş Komandanı: Səhv edərlərsə strategiyamızı dəyişib - müdafiədən hücuma keçəcəyik
    "İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı vurğulayıb: Düşmənlər öz hesablamalarında xətaya yol verərlərsə, bizim strategiyamız müdafiədən hücuma dəyişəcək və bütün imkanlarımız başdan-başa hücum xarakterli olacaqdır."
     19.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ