EURO 1,9162 TRY 0,2968
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:18.03.2019 16:42:27

İranda gənclər arasında çox tanınan və sosial şəbəkələrdə təsrli çıxışları ilə yadda qalan stradeq və xətib Dr. Əliəkbər Raifupur Qarabağ, ABŞ-İsrail planları, həmçinin Paşinyanın səfəri zamanı yaşananan problemə münasibət bildirib

İslamazeri.com qafqaz.ir-ə istinadən xəbər verir ki, İranda Beynəlxalq konfransın əsas natiqi ustad Əliəkbər Raifupur Qarabağla bağlı tələbələrlə söhbət edib və fikir mübadiləsi aparıb.

Doktor Raifupur sionistlərin milətçilik və məzhəbçilik əsas silahı olduğunu qeyd edərək “Sionist rejim regionda öz məqsədlərini həyata keçirmək üçün millətçilik və məzhəbçilik kimi iki amildən faydalanır. Qarabağ münaqişəsinin yaranması Amerika və sionist rejim üçün Qafqazda iki böyük ölkə -  İran və Rusiyanın arasında özünə təhlükəsiz yer tapmaq, habelə qondarma İsrailin şimalı, yəni Livanın cənubun qisasını almaq istiqamətində İranın şimalında Azərbaycan Respublikasını özünə cəzb etmək üçün ən yaxşı bəhanə idi.”

Raifupur daha sonra deyib: “Biz Qarabağı Fələstin kimi İslamın bir hissəsi bilirik və İslamın ağuşuna qayıtmalıdır. Millətçilik Qarabağı İslamın qucağına qayıtmağa qoymur. Azərbaycanda millətçilər Qarabağ müharibəsində İranın yardımlarını unudublar."

"Bizim sərdar və komandirlərimiz azəri qüvvələrinə təlim verirdilər. Həqiqətpur, Noi İqdam kimi şəxsiyyətlər bu hadisələrin canlı şahidləridir. Biz ötüb keçmiş bir tarixdən söhbət etmirik. Azərbaycanlı generallar özləri bu köməklərin şahidləridir və onlar hələ də diridirlər. Qanları Qarabağ torpağına tökülən şəhidlərimiz Allahın yanında şahiddirlər. Tullantı dəmir adı ilə silahla dolu yük maşınları Azərbaycan Respublikasına yola salınırdı. Bunlar hələ yaddan çıxmayıb.”, -deyə Raifupur əlavə edib.

Əliəkbər Raifupur daha sonra deyib: “Əgər İran öz sərhədlərini Azərbaycandan gələn köçkünlərin üzünə açmasaydı, nə qədər insan öləcəkdi? Əgər Qarabağda döyüşmək üçün Pakistan və Əfqanıstandan gəlmiş mücahidlər Amerikanın göstərişi ilə Azərbaycandan çıxarılmasaydı, Zeynəbiyyun və Fatimiyyun vasitəsilə Suriyada qazanılan qələbə Qarabağda da qazanılacaqdı. Azərbaycanın bəzi əraziləri hətta bir güllə də atılmadan işğalçı ermənilərə təslim edildi, yəni millətçilər həmin yerləri özləri ermənilərə təqdim etdilər.”

Doktor Raifupur daha sonra Paşinyanın Xocalı soyqırımı ərəfəsində İrana səfərini tənqid edib:  “İslam İnqilabında vəzifəli bir şəxsin səhvi sistemin ayağına yazılmamalıdır. Hər vaxt hansısa bir aparat tərəfindən səhv addım atılsa, biz inqilabın ideyalarına sadiq olanlar, meydana çıxmalı, dərhal intiqam almalı və fəryad etməliyik. Məsələn son on gündə baş vermiş hadisə kimi. Xocalı soyqırımı günlərində Ermənistanın baş naziri bizim ölkəyə dəvət olundu, Ararat idman salonunda rüsvayçılıq yaşandı. Bu düşmən oyunu deyilmi? Biz bunları tənqid edirik. Bu hadisəyə görə Xarici İşlər Nazirliyi cavabdeh olmalıdır. Biz demirik ki, qonşu ölkələrlə əlaqə saxlamayın. Amma bu diplomatik iş Azərbaycan Respublikasında şiələrin matəmdə olduğu günlərdə baş verməli idimi? Bu səfər üçün başqa bir gün təyin etmək olmazdımı?” mənbə

 

Dr.Raifupur: Ararat idman salonundakı rüsvayçılıq düşmən oyunu idi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS sionist əsgərlərdən kəşfiyyat toplayır
    İsrail mediası HƏMAS hərəkatının sionist əsgərlərdən kəşfiyyat topladığının ortaya çıxdığını bildirib.
     15.07.2019
    Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi
    Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri ölüb.
     15.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ