EURO 1,9978 NEFT 78,86
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:16.05.2018 10:35:53

Səbail Rayon İcra Hakimiyyəti Bayıldakı sürüşmə ilə bağlı açıqlama yayıb.

Səbail Rayon İcra Hakimiyyəti Bayıldakı sürüşmə ilə bağlı açıqlama yayıb.

İcra Hakimiyyətindən verilən məlumata görə, may ayının 15-də saat 20-00 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeralti prosseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.

Bildirilib ki, bu ərazidəki mövcud yaşayış və digər tikililər hələ Sovet hakimiyyəti illərində, əsas etibarı ilə keçən əsrin 50-ci illərində tikilib. Onların əksəriyyəti 1 mərtəbəli, möhkəm təməli olmayan, uzun illər istismar olunduğundan resursları tükənmiş evlərdir. Evlərin böyük əksəriyyəti Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

Bir qədər əvvəl sakinlərin müraciətləri əsasında ərazidəki tikililərin vəziyyəti ilə bağlı Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb, binaların qəzalı və təmirə yararsız olması ilə bağlı rəy verilib. Rayon İcra Hakimiyyəti tərəfindən məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub.

Bayıldakı sürüşmə prossesləri ilə bağlı artıq təcrübəsi olan Səbail RİH tərəfindən qabaqlayicı tədbirlər görülərək bir qədər əvvəl qəzalı vəziyyətdə olan Buxta küçəsi 9 ünvanında yaşayan ailələr kökürülüblər.

Mayın 15-də isə həmin təhlükəli ərazidən daha bir neçə evin sakinləri köçürülüb. Ümumilikdə isə Buxta küçəsindəki təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.

Görülən işlər sakinlər tərəfindən müsbət qarşılanıb və onlar ümıd edirlər ki, yeni fəaliyyətə başlamış Nazirlər Kabineti tərəfindən yaranmış problem tezliklə həllini tapacaq.


Dünən Bayıldakı sürüşmə baş verib - İcra Hakimiyyəti

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayəti İranın Avropadan təzminat tələb edəcəyindən danışdı
    İran İslam İnqilabının rəhbəri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Avropanın nvə sazişilə bağlı təzadlı açıqlamalarına görə İran tərəfindən təzminat tələb ediləcəyini bildirib
     21.05.2018
    Tbilisi bu gün - FOTO
    İslamazeri.com-un bu gün, 21 may 2018-də Tbilisidən hazırladığı kiçik fotoreportaj
     21.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ