EURO 1,8828 TRY 0,2982
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.07.2019 09:25:32

Azərbaycana səfəri zamanı Dunya Mijatovic bir sıra nazirlərlə, Prezident Administrasiyasının rəsmiləri, Baş prokuror, Ali Məhkəmənin sədri, ombudsman və digər rəsmilərlə görüşüb.

Azərbaycanda ifadə azadlığı təhlükə altında qalmaqda davam edir, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Mijatovic Azərbaycana dörd günlük səfərinin sonunda deyib.

Azərbaycana səfəri zamanı Dunya Mijatovic bir sıra nazirlərlə, Prezident Administrasiyasının rəsmiləri, Baş prokuror, Ali Məhkəmənin sədri, ombudsman və digər rəsmilərlə görüşüb.

Komissar həm də vətəndaş cəmiyyətinin nümayəndələri, vəkillər, Vəkillər Kollegiyasının sədri və üzvləri ilə də görüşüb.

Avropa Şurasının rəsmisi cəzaçəkmə müəssisəsinə səfər edərək jurnalist Seymur Həzi və Əfqan Muxtarlı ilə görüşüb.

"Komissar Avropa İnsan Hüquqları Məhkəməsinin hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin qətimkan tədbirləri və cəza hüququnun qanunun aliliyinə zidd istifadəsi yolu ilə ixtiyarı həbs və saxlanılmasını göstərən qərarların vurğulayaraq qeyd edib ki, "ifadə etdikləri fikirlərinə görə həbsdə olan bütün şəxslərin azad edilməsi prioritet məsələ olaraq qalmalıdır"", - Avropa Şurasının məlumatında deyilir.

Dunya Mijatovicin Azərbaycanda diffamasiyanın dekriminallaşdırılmasına çağırışını təkrarladığı vurğulanıb.

Avropa Şurasının məlumatında qeyd olunur ki, Dunya Mijatovic Azərbaycan hakimiyyət nümayəndələri ilə görüşündə ölkədə jurnalistlərin, hüquqşünasların, siyasi fəalların və hüquq müdafiəçilərinin ölkədən çıxış qadağalarının olması və bunlardan bəzilərinin Avropa İnsan Hüquqları Konvensiyasını pozması məsələsini qaldırıb.

"Hökumət ölkədən çıxış qadağalarının özbaşına qeyri-mütənasib tətbiqi praktikasından çəkinməli və ölkəni tərk etmək hüququ ilə ziddiyət təşkil edən qadağaları dərhal qaldırmalıdır", - o söyləyib.

Vəkillər, məhkəmə və ifadə azadlığı

Avropa Şurasının məlumatında deyilir ki, Dunya Mijatovicin Azərbaycana səfəri zamanı diqqət yetirilən məqamlardan biri də ölkədə vəkillərlə bağlı məsələlər olub. O bildirib ki, Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında hər 100 min nəfərə ən az vəkil düşən ölkədir, bu isə xüsusilə hüquqşünasların az olduğu ucqar bölgələrdə ədalətə çıxış imkanlarını azaldır.

Dunya Mijatovic hökumətin Vəkillər Kollegiyasına qəbul prosesində şəffaflığı təmin etməli olduğunu bildirib.

Komissar Azərbaycanda vəkillərin ifadə azadlığının pozulması və bəzi hallarda onlara qarşı intizam icraatının başlanması ilə bağlı narahatlığını bölüşüb.

Azərbaycan rəhbərliyi ölkədə söz azadlığınını təmin edildiyini dəfələrlə vurğulayıb.

"Azərbaycanda söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur" - Azərbaycan prezidenti İlham Əliyev çıxışlarında bildirib. (BBC Azərbaycanca)


Dunya Mijatovic: "Azərbaycanda ifadə azadlığı təhlükə altında qalmaqda davam edir"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda yağışa görə sürət həddi endirildi
    Bakıda yağışa görə sürət həddi endirilib
     21.11.2019
    İsrail mediasının
    İsrail mediası ara-sıra İsrailin Suriyada İranı vurması ilə bağlı xəbərlər yayımlayır
     21.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ