EURO 1,9162 TRY 0,2968
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:20.03.2019 10:34:34

Dünyanın ən baha və ən ucuz şəhərləri haqqında məlumat

İslamazeri.com "BBCazeri"yə istinadən xəbər verir ki, 30 ildən bəri hər il aparılan və dünya üzrə 133 şəhərin qiymətlərini müqayisə edən Economist Intelligence Unit sorğusu tarixində ilk dəfədir ki, üç şəhər birinci olub.

Keçən il ən bahalı ikinci şəhər olan Fransanın paytaxtı bu il ilk onluğa düşən 10 Avropa şəhərindən biridir. 

Sorğuda çörək kimi ən ümumi məhsulların qiyməti müqayisə olunur.

Sonra isə qiymətlərin, meyar kimi qəbul olunan New York-dakı qiymətlərə nisbətdə nə qədər artıb-azaldığı gözdən keçirilir.

Saç kəsimi müqayisəsi

Məruzənin müəllifi Roxana Slavcheva söyləib ki, dünyanın ən bahalı 10 şəhəri arasında Parisin adı 2003-cü ildən bəri çəkilir və burada yaşamaq "son dərəcə bahadır".

"Digər Avropa şəhərləri ilə müqayisədə, yalnız spirtli içkilər, nəqliyyat və tütün məmulatları daha ucuzdur," o deyib.

Məsələn, qadınlar üçün orta hesablı saç kəsimi Parisdə 202 manata (119.04 dollar) başa gəlir. Sürixdə bu qiymət 125 manat (73.97 dollar) və Yaponiyanın Osaka şəhərində 90 manatdır. (53.46 dollar)

"Ev xərcləri, şəxsi qulluq, istirahət və əyləncə kateqoriyaları üzrə Avropa şəhərlərində qiymətlər daha yüksəkdir. Paris də bu kateqoriyaların uğurlu təmsilçisidir," xanım Slavcheva söyləyib.

Dünyanın ən bahalı şəhərləri

1.Sinqapur (Sinqapur)

1.Paris (Fransa)

1.Honkonq (Çin)

4.Sürix (İsveçrə)

5.Cenevrə (İsveçrə)

5.Osaka (Yaponiya)

7.Seul (Cənubi Koreya)

7.Kopenhagen (Danimarka)

7.New York (ABŞ)

10.Tel Əviv (İsrail)

10.Los Angeles (ABŞ)

İnflyasiya və dəyişkən valyuta nəticəsində bu ilki sıralamada cüzi fərqlilik yaşansa da, Argentina, Braziliya, Türkiyə və Venesuelada qiymətlər kəskin şəkildə aşağı düşüb.

Venesuelanın paytaxtı Karakas şəhəri dünyanın ən ucuz şəhəri olub. İnflyasiyanın 1000000% olduğu ölkədə hökumət keçən il yeni valyuta çıxarmaq məcburiyyətində qalıb.

Bloomberg-ə əsasən, Karakasda ötən dekabrda cəmi bir həftə ərzində bir fincan qəhvənin qiyməti ikiqat artaraq 400 bolivara qalxıb (1 manat). 

Suriyanın Dəməşq şəhəri dünyanın ikinci ən ucuz şəhəridir.

Economist Intelligence Unit deyib ki, siyasi və ya iqtisadi problemlər nəticəsində qiymətlərin ucuzlaşdığı şəhərlərin sayı artır.


Dünyanın ən ucuz 10 şəhəri

1.Karakas (Venesuela)

2.Dəməşq (Suriya)

3.Daşkənd (Özbəkistan)

4.Almatı (Qazaxıstan)

5.Banqalor (Hindistan)

6.Karaçi (Pakistan)

6.Laqos (Nigeriya)

7.Buenos-Ayres (Argentina)

7.Çennai (Hindistan)

8.Yeni Delhi (Hindistan)


Dünyanın ən baha və ən ucuz şəhərləri - SİYAHI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi
    Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri ölüb.
     15.07.2019
    İran XİN: ABŞ-ın məhdudiyyətləri Zərifin səfərinə təsir edə bilməz
    XİN rəsmisi Musəvi Cavad Zərifin onsuz da Nyu-Yorka gələndə bütün danışıqlarını və müsahibələrini Nazir Pompeonun qeyd etdiyi bölgədə etdiyini qeyd edib.
     15.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ