1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:29.05.2020 11:59:40

Cessna Caravan ABŞ-da Washington ştatı üzərində 20-30 dəqiqə ərzində uçuş həyata keçirib.

Doqquz yerlik təyyarə cümə axşamı günü havaya qalxıb. Bu təyyarənin mühərriki elektrikli olduğundan uçuş zamanı havaya karbon qazı tullanmayacaq.

İslamazeri.com BBC Azərbaycancaya istinadən xəbər verir ki, cümə axşamı elektrik mühərriki ilə təchiz edilmiş, Cessna Caravan ABŞ-da Washington ştatı üzərində 20-30 dəqiqə ərzində uçuş həyata keçirib.

Təyyarə doqquz sərnişin daşımaq gücündədir, lakin ilk sınaq uçuşunu təyyarənin pilotu sərnişinsiz həyata keçirib.

Sınaq uçuşu zamanı təyyarə 183 km/saat sürətlə hərəkət edib.

Təyyarə mühərrikini istehsal edən MagniX şirkəti ümid edir ki, bu təyyarə 2021-ci ilin sonuna qədər 160 km-dək məsafələrdə kommersiya uçuşlarına başlaya biləcək. 

Koronavirus pandemiyasından əvvəl aviasiya havaya karbon qazı tullantılarının sürətlə böyüyən mənbələrindən biri idi.

Böyük təyyarələrin yalnız elektrik enerjisi hesabına uzun məsafələrə uça bilməsi üçün elektrik batareyaların çəkisinin kəskin dərəcədə azaldılmasına nail olmaq gərəkdir. Hidrogen yanacaq elementləri və bioyanacaq da daxil, digər enerji mənbələri də sınaqdan keçirilməkdədir.

2019-cu ilin iyununda digər bir şirkət, Ampair, Kaliforniya üzərində hibrid elektrik-yanacaq mühərriki bir təyyarəni uçuşda sınaqdan keçirib.

UBS investisiya bankının təhlilçiləriinə görə, aviasiya sənayesinin 1600 km-dən qısa məsafəyə marşrutlar üçün hibrid və elektrik mühərrikləri təyyarələrə doğru hərəkət etməsi çoxlarının düşündüyündən daha yüksək sürətlə baş verəcək.

MagniX tərəfindən istifadə edilən Cessna Caravan təyyarəsi dünyada ən çox istifadə edilən orta məsafəli təyyarələrdəndir.

Bu təyyarələrin 2600-dən çoxu dünyanın 100 ölkəsində istismar olunur.


Dünyanın ən böyük elektrik təyyarəsi ilk uçuşunu həyata keçirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-ın vurduğu təyyarənin 290 iranlı qurbanı yad edildi
    Bu gün isə bu acı hadisənin ildönümü münasibəti ilə körfəzdə hücumun baş verdiyi yerə göydən çiçəklər atılıb.
     02.07.2020
     Ayətullah Şəhristanini hədisdə deyildiyi kimi olan şəxsiyyətlərdən bilirik
    Bu sözləri Gürcüstanın tanınmış ilahiyyatçı alimi Hacı Əziz Nəbiyev deyib
     02.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ