EURO 1,8358 TRY 0,2794
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:18.01.2020 00:13:29

Ayətullah Xamenei 2012-ci ildən sonra ilk dəfə Tehranın cümə namazını qıdırıb, xütbə edib

İslamazeri.com xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Xamenei 2012-ci ildən sonra ilk dəfə Tehranın cümə namazını qıdırıb, xütbə edib.

Xütbəsində mühüm və önəmli mövzulara toxunub.

 Ayətullah Xamenei bu gün Tehranda böyük bir izdihamın müşayiəti ilə qıldığı unudulmaz Cümə namazında qeyd etdi ki, müdrik xalqın Hacı Qasım Süleymani və onun mücahid yoldaşlarının dəfn mərasimindəki ecazkar iştirakı və Sepahın amerikalıların Aynal-Əsəd bazasına hücum edərək verdikləri sarsıdıcı cavab təyinedici və dərs götürüləcək iki Allah günü idi: “Xalq öz batinini, yəni şeytan qarşısındakı əzmkarlığını bu iştirak vasitəsilə göstərdi. Bu izzətli yolun davam etdirilməsinin yeganə yolu İranın bütün sahələrdə daha da güclü olmasıdır”.

Ayətullah Xamenei namazın birinci xütbəsinin əvvəlində hər kəsə ilahi təqvaya riayət etməyi tövsiyə edərək bildirdi ki, ilahi yardım və müvəffəqiyyətlərin cəlb edilməsi, fərdi və sosial məsələlərdə inkişafa nail olmaq təqva ilə şərtlənir. Daha sonra o, “İbrahim” surəsinin “Allahın günləri”nin qorunmasından bəhs edən ayələrini oxuyub, bu nemətlərə görə şükür edərək çıxışının əsas hissəsinə başlayıb.

İslam İnqilabının Rəhbəri bildirdi ki, Allah-taalanın Həzrət Musaya (ə) Allah günlərinin insanlara xatırladılması ilə bağlı göstərişi onun səbirli, əzmkar və şükür edən insanların doğru yola yönəlməsi istiqamətində mühüm əhəmiyyət daşıdığını göstərir: “Çox-çox səbir edən deyilərkən səbirli və əzmkar, xırda şeydən ötrü meydandan çıxmayan insanlar, şükür edənlər deyilərkən nemətləri tanımaq, onun aşkar və gizli tərəflərini gördükdə şükür edən, Allahın verdiyi nemət qarşısında məsuliyyət hissi keçirən insanlar nəzərdə tutulur”.

Ayətullah Xamenei nəzər nöqtəsi olan ayələrin Məkkədə, yəni müsəlmanların mübarizələrinin zirvə həddinə çatdığı və onların küfür cərəyanı qarşısında müqavimət göstərdikləri bir vaxtda nazil olduğunu dedi: “Bu ayələr belə bir çətin şəraitdə müsəlmanlara müjdə verərək bildirirdi ki, Allah-taala sizə Allah günləri bəxş edəcək, sizin qədirbilən əməlləriniz sayəsində daha çox zəfərlər sizi gözləyir”.

İnqilabın Rəhbəri çıxışının davamında keçən iki həftənin İran xalqı üçün acı, şirin və ibrətlik hadisələrlə dolu iki müstəsna həftə olduğuru dedi və “Allahın günləri” anlayışını İraq və İranda şəhid mücahidlərə hörmət və ehtiram əlaməti olaraq təşkil edilmiş misilsiz hərəkətə tətbiq edərək  “Allahın günü deyilərkən hadisələrin içərisində Allahın qüdrət əlinin müşahidə edildiyi gün nəzərdə tutulur. Buna görə də Qüds briqadasının komandanının qanına ehtiram əlaməti olaraq on milyonlarla adamın İranda, yüz minlərlə adamın İraqda və digər ölkələrdə küçələrə çıxaraq dünyanın ən böyük yola salma mərasimini təşkil etməsi Allahın günlərinin bir nümunəsidir. Bu əzəmətin yalnız bir amili var, o da Allahın qüdrət əlidir”, -deyə əlavə edib.

O qeyd edib ki,  İslam İnqilabının Keşikçilər Korpusunun raket hücumları nəticəsində ABŞ hərbi bazasının dağıdılması da Allahın günlərinin başqa bir nümunəsidir: “Bir millətin belə bir ruhi və mənəvi güc və qüdrətlə dünyanın hegemon və zorakı bir gücünə sillə vurması Allahın qüdrət əlinin göstəricisidir. Deməli, bu böyük gün də Allahın günlərindəndir”.

Allah günlərinin tarix yaradan günlər, xalqların həyatı, ruhiyyəsi və davranışına əbədi və qalıcı təsirləri olan tarixi dönüş nöqtələri olduğunu deyən  Ayətullah Xamenei İran xalqına belə bir tövsiyə verib: “İran cəmiyyəti çox səbirli, şükür edən və qədirbilən cəmiyyətdir. İllərlə dillərə dastan olan əzmkarlığı ilə ilahi lütflər qarşısında həmişə şükür etmişdir”.

Şəhid Süleymaninin dəfn mərasiminin maddı və mənəvi yönlərinin öyrənilməsinin zəruri olduğunu vurğulayan İslam İnqilabının Rəhbəri belə bir sual ünvanlayıb:  “İnqilabın qələbəsindən 41 il sonra bu möcüzəni və cəmiyyətin belə bir misli olmayan eşqlə meydanlara axışmasını ilahi qüdrət əlindən başqa hansı amil bacarar?”

İnqilab rəhbəri sonra deyib ki, maddi təhlillərə əsaslanan adamlar Allahın qüdrət əlinin hadisələrin üzərində olduğunu görə bilməzlər: “Bu əzəmətli dəfn mərasimi və xalqın bu ilahi hərəkəti xalqın tərifəlayiq batinini və mənəviyyatını, ilahi iradənin İran xalqının qələbəsindən yana olduğunu göstərir”.

Ayətullah Xamenei  onlarla milyon insanın Şəhid Süleymaninin dəfn mərasimindəki iştirakının başqa bir mesajı dahi İmamın xəttinə beyəti və əzəmətli İmamın xalqla birlikdə yaşadığı göstərmə olduğunu önə çəkib.

“Bu hadisədə sionizmin xəbər imperiyası və ABŞ rejiminin terrorçu rəhbərləri var gücləri ilə çalışdılar ki, bizim böyük və əziz komandanı terrorçuluqda ittiham etsinlər. Ancaq Allah-taala səhnəni elə dəyişdi ki, təkcə İranda yox, hətta müxtəlif ölkələrdə də o böyük şəxsiyyətin ruhuna salam göndərdilər, ABŞ və sionistlərin bayrağını yandırdılar”, -deyə Ayətullah Xamenei qeyd edib.

İslam İnqilabının Rəhbəri bildirib ki, bu həqiqətlər Allahın ölkə və cəmiyyət üzərindəki qüdrət və hidayət əlinin olduğunu göstərdi: “O mücahidlərin dəfn mərasimi ilə yanaşı, onların şəhadətlərinin özü də ilahi qüdrət əlamətlərindəndir. Çünki bütün regionda terrorizmlə mabarizənin ən güclü və tanınmış komandanı olan general Süleymaninin terror edilməsi abırsız ABŞ dövlətinin rüsvyaçılığına səbəb oldu”.


Dünyanın hegemon və zorakı bir gücünə sillə vurmaq Allahın qüdrət əlinin göstəricisidir - TAM MƏTN

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ali Məhkəmənin 7 hakimi təqaüdə göndərildi
    Ali Məhkəmənin təqaüdə göndərilən hakimlərinin sayı açıqlanıb.
     20.02.2020
    DTX İcra Hakimiyyətində əməliyyat keçirdi - Yeniləndi
    Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
     20.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ