EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:04.08.2018 11:12:13

Lənkəran şəhərində nəqliyyatın sıx olduğu küçələrdə reyd keçirilib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi və 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “təmiz hava” aylığı çərçivəsində Lənkəran şəhərində nəqliyyatın sıx olduğu küçələrdə reyd keçirilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az-a verilən məlumata görə bu cür reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır. Reyd zamanı yol polisi və ETSN-nin əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Xüsusi avadanlıq vasitəsilə avtomobillərdən ixrac olunan qazların tərkibi yoxlanılıb.

Nasaz, atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb. Bununla yanaşı reyd zamanı ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın həm də piyadaların hərəkəti üçün təhlükə törədən, sürücülük hüququ olmadan avtomobil idarə edən, avtomaşınlarda konstruksiya dəyişikliyi edən və digər ciddi qayda pozuntularına yol verən sürücülər də müəyyən edilərək barələrində protokol tərtib edilib.

Dövlət Yol Polisi və ETSN-nin birgə təşkilatçılığı ilə keçirilən “təmiz hava” aylığı aksiyası avqustun 31-dək davam edəcək.


DYP Lənkəranda reyd keçirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranda terrorçu qruplaşma zərərsizləşdirildi
    İranda anti-terror əməliyyatı zamanı 1 terrorçu öldürlüb, 2 terrorçu yaralı olmaqla 3 terrorçu həbs olunub
     25.06.2019
    Tramp: İranın firavan olmasını istəyirəm!
    ABŞ prezidenti İranla bağlı danışıb.
     25.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ