Yol qəzasına nəqliyyat vasitəsinin həddən artıq yüklənməsi səbəb olub.

Efiopiyanın Tiqray əyalətinin Atsbi-Uanberta rayonunda 34 nəfəri daşıyan sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində 21 sərnişin həlak olub.
İslamazeri.com-un xəbərinə görə, bu barədə Efiopiyanın rəsmi ENA xəbər agentliyi məlumat yayıb. B
ildirilib ki, qəza sürücünün nəqliyyat vasitəsinin idarəetməsini itirməsi nəticəsində baş verib. Yerli yol polisinin açıqlamasında deyilir ki, 27 nəfərlik tutuma malik mikroavtobusa normadan artıq sərnişin minib. İlkin ehtimala görə, mikroavtobusun aşmasına həddindən artıq yüklənmə səbəb olub.
Efiopiyada mikroavtobus aşıb, 21 nəfər ölüb