1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:19.03.2019 15:18:52

Amma bu gün 19 mart tarixində daha bir sürücü sosial şəbəkələrdə videogörüntü paylaşıb.

Bir neçə gün öncə saytımızda DYP Ekologiya postunda sürücülərin qanuna-zidd olaraq saxlanıldıqları, onlara protokollar yazıldıqları, daha sonra bu protokollara şikayət əsasında xitam verilməsi ilə bağlı videosübutlarla birlikdə məqalə dərc etmişdik.

Qaynarinfo-nun məsələni ictimailəşdirməsindən sonra fikirləşirdik ki, yəqin ki, artıq həmin hal aradan qalxar, DYP əməkdaşları bundan bir ibrət götürər. Amma bu gün 19 mart tarixində daha bir sürücü sosial şəbəkələrdə videogörüntü paylaşıb. Belə ki, 09:22 radələrində sürücü yenə sağ zolaqla hərəkət edir, daha sonra isə sol zolağa doğru yerdəyişmə edir. Bunu görən əməkdaş isə təhlükəsizlik adasından yolun hərəkət zolağına doğru hərəkət edir. Sürücü də avtomobili saxlayır. Əməkdaş 1 dəqiqə 15 saniyə gözlədikdən sonra sürücüyə yaxınlaşır və ona "saxlama" əmri vermədiyini, "hərəkəti sürətləndirmək" əmri verdiyini bildirir. Bu videoya sosial şəbəkələrdə rəy yazan əksər şəxslər isə sürücünün avtomobili saxlayana yaxın əməkdaşın avtomobildə videoregistrator olduğunu gördüyünü, ona görə belə dediyi fikrində olduğunu bildiriblər.

Videogörüntünü siz oxuculara təqdim edirik. Özünüz baxın, rəy bildirin.


Ekologiya postunda sürücülərin qanunsuz saxlanılması davam edirmi? - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrail Ordusunda reallıq: Qumara aludə olan gizir pulemyot və qumbaraları satırmış...
    İsrail Ordusu güclü olduğunu dünyaya yeritsədə, reallıq ordudakı xaos, özbaşnalıq və ruh düşkünlükdən başqa bir şey deyil
     19.07.2019
    İnqilab Keşikçilərinin Baş Komandanı: Səhv edərlərsə strategiyamızı dəyişib - müdafiədən hücuma keçəcəyik
    "İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı vurğulayıb: Düşmənlər öz hesablamalarında xətaya yol verərlərsə, bizim strategiyamız müdafiədən hücuma dəyişəcək və bütün imkanlarımız başdan-başa hücum xarakterli olacaqdır."
     19.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ