Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:24.06.2022 17:53:51

Hazırda elektron səhiyyə terminlərinin Azərbaycan dilində lüğətinin tərtib edilməsi istiqamətində müvafiq işlər görülür.

Dövlət başçısının 13 may 2022-ci il tarixli Fərmanının 1-ci bəndinin icrası məqsədilə Səhiyyə Nazirliyində “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupu nəzdində yaradılmış “Rəqəmsal səhiyyənin tətbiqinin genişləndirilməsi” alt işçi qrupunun ilk iclası keçirilib.

Nazirlikdən "İslamazeri.com"a verilən xəbərə görə, tədbirdə səhiyyə, rəqəmsal inkişaf və nəqliyyat, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sahə üzrə məsul şəxsləri iştirak ediblər.

“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupu və “Rəqəmsal səhiyyənin tətbiqinin genişləndirilməsi” alt işçi qrupunun rəhbəri, səhiyyə naziri Teymur Musayev diqqətə çatdırıb ki, imzalanmış Fərmanda səhiyyə və tibbi sığorta sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın artırılması, rəqəmsal səhiyyənin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. Teymur Musayev elektron səhiyyənin inkişaf etdirilməsinə dair təkliflərin üç ay müddətində hazırlanıb Prezident İlham Əliyevə təqdim edilməli olduğunu vurğulayıb:

“Bu məqsədlə dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, habelə mütəxəssisləri və ekspertləri cəlb etməklə “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupu və onun səhiyyə sahəsində əsas fəaliyyət istiqamətləri üzrə alt işçi qrupları yaradılıb”.

İşçi qrupunun rəhbəri səhiyyə sisteminin təkmilləşdirilməsini ölkəmiz üçün prioritet məsələ olduğunu da qeyd edib: “Son zamanlar dövlət qurumlarında İKT sürətlə tətbiq olunur. Qabaqcıl ölkələrin təcrübələri göstərir ki, səhiyyənin gələcəyi yalnız rəqəmsallaşdırma üzərindən həyata keçiriləcək. Bunu nəzərə alaraq, rəqəmsallaşdırma sahəsində lider olan ölkələrin modellərinin tətbiqi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Məqsədimiz gələcəkdə Azərbaycan səhiyyəsinin qlobal geoinformasiya sisteminə inteqrasıyasına nail olmaqdır”.

Teymur Musayev həmçinin qeyd edib ki, hazırda elektron səhiyyə terminlərinin Azərbaycan dilində lüğətinin tərtib edilməsi istiqamətində müvafiq işlər görülür.

Daha sonra alt işçi qrupunun üzvlərinin mövzu ilə bağlı fikirləri dinlənilib. Müzakirələrdən sonra içşi qrupun rəhbəri Teymur Musayev növbəti iclasda tərəflərin səhiyyənin rəqəmlaşdırmasına dair öz təkliflərini təqdim etmələrini tapşırıb.


Elektron səhiyyə terminlərinin Azərbaycan dilində lüğəti hazırlanır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklif edilir
    Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklif edilir.
     9.08.2022
    Azərbaycanda ünvanlı sosial yardımın məbləği artıb
    Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
     9.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ