1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:25.09.2019 14:46:16

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb.

Sentyabrın 24-də Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliynin mətbuat xidmətinin məlumatına görə, görüşdə tərəflər ABŞ-Azərbaycan əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri üzrə fikir mübadiləsi aparıbl

Nazir Elmar Məmmədyarov Dövlət Katibinin köməkçisinə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Nyu Yorkda keçirilmiş görüşü barədə məlumat verib və bölgədə sülh və təhlükəsizliyə ciddi hədə təşkil edən bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla beynəlxalq təşkilatların qərar və sənədləri əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının qarşıdan gələn Zirvə görüşü və Azərbaycanın Hərəkata sədrliyi məsələləri tərəflər arasında müzakirə edilib.(amerikanin sesi)


Elmar Məmmədyarov və ABŞ Dövlət Katibinin köməkçisinin görüşü olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qalibaf kimdir?
     28.05.2020
    Müslüm İbni Əqilin Kufəyə getməsi
    Bu gün Həzrəti İmam Hüseyn (ə) Kəbədən ayrılaraq Kufəyə üz tutur
     28.05.2020
    İran Parlamentinin spikerinə iki azərbaycanlı müavin təyin edildi
    Qalibaf 2008-ci ildən parlamentin sədri postunu tutan Ə.Laricanini əvəz edəcək.
     28.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ