EURO 1,8961 TRY 0,2902
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:20.06.2019 10:48:58

Elmar Məmmədyarov və Con Bolton arasında görüş olub

İslamazeri.com xəbər verir ki, İyunun 19-da Vaşinqtonda işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşü baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidməti bildirir ki, görüşdə tərəflər bir sıra məsələlər üzrə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin cari mərhələsi və substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları ətrafında intensiv və uzun fikir mübadiləsi aparıb.

ABŞ və Azərbaycan arasında mövcud olan ikitərəfli siyasi gündəlikdə duran bir çox məsələlər, eləcə də iqtisadi əlaqələr və həyata keçirilən təşəbbüslər, enerji və nəqliyyat sahəsində rellaşdırılan layhələr, habelə Avropaya qaz təminatının şaxələndirilməsi üzrə əlavə imkanları tərəflər arasında müzakirə edilib.

Görüşdə, həmçinin geniş Yaxın Şərq bölgəsində mövcud olan vəziyyət, eləcə də qlobal gündəlikdə duran qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Mətbuat Xidmətinin məlumatına görə, nazir Məmmədyarov ABŞ dövlət katibinin müavini Con Sullivanla da görüş keçirəcək.

İyunun 20-də Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəçiliyi ilə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlərnaziri Zöhrab Mnasakanyan görüşəcək.


Elmar Məmmədyarov və Con Bolton arasında görüş

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Senat çoxluğunun lideri Türkiyənin Suriyaya müdaxiləsini pisləyən qətnamə təqdim etdi
    Senatda Respublikaçı çoxluğun lideri Mitç Makkonnell Türkiyənin Suriyaya müdaxiləsini pisləyən və Prezident Donald Trampı ABŞ qoşunlarını Suriyadan çıxarmağı dayandırmağa çağıran qətnamə təqidm edib.
     23.10.2019
    Azərbaycanın yaşı 70-dən çox olan yüksək vəzifəli məmurları - SİYAHI
    Azərbaycan Prezidenti İlham Əliyev ölkədə aparılan islahatların bir hissəsi olaraq, dövlət strukturlarında kadrların yenilənməsini zəruri hesab edir.
     22.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ