EURO 1,9369 NEFT 62,38
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:05.06.2018 13:09:19

Elşad Mirinin Azərbaycandan çıxışına qadağa qoyulub.

Elşad Mirinin Azərbaycandan çıxışına qadağa qoyulub.

İslamazeri.com Bakupost-a istinadən xəbər verir ki, bu barədə E. Miri özü məlumat verib. Səbəblərinə gəlincə, E. Miri bildirib ki, qadağaya səbəb vergi məsələləridir. O, rəhbərlik etdiyi Media Təqib Mərkəzinin vergiləri vaxtında ödədiyini, bunun ona qarşı təzyiq vasitəsi olduğunu iddia edib:

"Vergilər Nazirliyi bank hesabımızı blokladığı üçün bankdakı pulumuzu da istifadə edə bilmirik. Qarşı tərəf bildirir ki, əgər sizin qazancınız olmayıbsa, bu pulu haradan almısınız.  Lakin şirkətin qazancı olmasa, təsisçi - yəni mən ora əlavə  vəsait qoyuram ki, şirkətin digər işlərinin həyata keçirilməsində problem yaranmasın. Mən bunu təzyiq vasitəsi kimi qəbul edirəm. Çünki bu, birinci dəfə deyil. Şirkət üçün kağızları belə əlavə dəyər vergisi ödəyib alırıq”.

 

Elşad Miri başına gələn bu işlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini və Qafqaz Müsəlanları İdarəsini ittiham edir: "Bu günə qədər Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsini kitab qadağasına görə məhkəməyə verən olmayıb. Bircə Yehova şahidləri verib, onların da məhkəməsi deyəsən davam edir. Bu, məsələnin birinci tərəfidir. İkinci tərəfi isə, təsəvvür edin, kitabı hələ Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə verməmişdən əvvəl qurumun ekspertiza şöbəsinin müdiri bildirmişdi ki, onsuz da kitabına icazə verilməyəcək. Hətta mənə deyilmişdi ki, kitabımın qadağasını istəyən Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədridir. Halbuki  Azərbaycanda qadağan olunan kitabın Türkiyədə, Qırğızıstanda çap olunması hələ görülməyib”.


Elşad Mirinin ölkədən çıxışına qadağa qoyuldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın tamamilə yerli olan radarı xidmətə başlayıb
    İranlı mütəxəssislərin dizayn və istehsalını reallaşdırdıqları İranın daha bir yeni radar sistemi ölkənin cənub-şərqində xidmətə başlayıb.
     20.01.2019
    Qubad İbadoğlu: İdarəetmədə struktur islahatlar üçün konsepsiya olmalıdır - VİDEO
    "Bu, son nəticədə Azərbaycanın Qafqazda regionun lideri, iqtisadi qüdrətli dövləti mövqeyinin əldən verilməsinə gətirib çıxaracaq."
     20.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ