EURO 1,8962 TRY 0,2805
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:16.05.2019 10:37:44

Adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov mayın 14-də həbs olunub.

Binəqədi rayonunda törədilən, son illərin ən qəddar  cinayət əməli ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirirlər. İstintaq-əməliyyat tədbirləri nəticəsində “Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov mayın 14-də həbs olunub.

Buta.media Zaur Yusifovun kimliyi ilə bağlı araşdırma aparıb.

Məlum olub ki, dünya kəmərinin sahibi Zaur Yusifov Azərbaycan Dövlət Miqrasiya Xidmətində yüksək vəzifə tutur. 

Onu da bildirək ki, Z. Yusifov “ZZ” Kikboksinq Klubunun Prezidentidir. Əlavə olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "Əməkdar idman ustası" adına layiq görülüb. 

Zaur Yusifova mükafatı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev təqdim edib.

Onun haqqında qeyd olunur ki, 1984-cü il yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olan Zaur Yusifov idmana uşaq yaşlarından maraq göstərib. O, 15 yaşından kikboksinqlə məşğul olub. Bu sahədə istedadının olması Zaurun idmana olan həvəsini daha da artırıb və onu ciddi uğurlar qazanmağa sövq edib. İdmançımız indiyə qədər keçirilən bir sıra mötəbər yarışlarda qalib və mükafatçı adını qazanıb.

Zaur kikboksinq üzrə iki dəfə Azərbaycan çempionu, respublika turnirinin qalibi, 2005-ci ildə Avrasiya çempionu adını qazanıb. 


“Emin 444”ün qətlini sifariş etdiyi iddia edilən məmur çıxdı - ŞOK FAKTLAR + FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu aviaşirkət 300-dən çox aviareysini təxirə saldı
    İtaliyanın "Alitalia" aviaşirkəti işçilərin etirazlarına görə 300-dən çox reysini təxirə salıb.
     21.05.2019
    Bakıda yol qəzası: sərnişin avtobusu minik avtomobillə toqquşdu - VİDEO, FOTO
    Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
     21.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ