EURO 1,8528 TRY 0,2616
USD 1,7 RUB 0,0208
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:01.03.2020 10:10:28

Ermənistana İrandan gələn ölkə vətəndaşında ilk dəfə koronavirusa yoluxma qeydə alınıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir. 

Ölkənin baş naziri Nikol Paşinyan özünün "Facebook"dakı səhifəsində ölkədə koronavirusa yoluxma hadisəsinin qeydə alındığını təsdiqləyib. 

"Təəssüf ki, təxminən 2 saat əvvəl biz koronavirusa ilk yoluxma haqqında bildik. Pasiyentin 29 yaşı var. O, fevralın 28-də xanımı ilə İrandan gəlib", - deyə baş nazir özünün "Facebook"dakı səhifəsində yazıb.

Qeyd edək ki, 4 gün əvvəl Ermənistan hökuməti yanında səhiyyə və əməyin müfəttişi orqanının rəhbəri Akop Avakyan bildirib ki, ölkədə onlarla insan koronavirus xəstəliyi şübhəsi ilə xəstəxanaya yerləşdirilib. O, qeyd edib ki, 36 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya aparılıb. A.Avakyan xaricdən gələn ermənilərin hava limanlarında nəzarətə götürüldüyünü, bu istiqamətdə ölkənin Xarici İşlər Nazirliyi və digər dövlət orqanları ilə əməkdaşlıq etdiklərini açıqlayıb.

A.Avakyan bununla belə xəstəxanaya yerləşdirilmiş şəxslərin neçəsində koronavirusun qeydə alındığını deməyib. 


Ermənistanda koronavirusa ilk yoluxma qeydə alındı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəkili Tofiq Yaqublu ilə görüşüb
    Vəkil Elçin Sadigov Tofiq Yaqublu ilə görüşüb.
     28.03.2020
    İmam Hüseynin mövlud günü mübarək olsun! - VİDEO
    Bu gün 3 şəban, üçüncü İmam Həzrəti Hüseynin (ə) mövlud günüdür
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ